Ayətullah Gulpayqani: `İslam alimlərinin vəzifəsi fitnə atəşini söndürməkdir`

Maide.az xəbər verir ki, Ayətullah Safi Gulpayqani dünən Tunisin əz-Zeytunə Universitetinin rektoru Hişam Qariseyi qəbul edərkən, bu gün bütün İslam alimlərinin ən əsas vəzifəsinin İslam dünyasında mövcud fitnə alovunu iradəli bir şəkildə söndürmək və dünya İslamın sülh və dostluğa əsaslanan bir din olduğuna dair təbliğini doğru şəkildə aparmaq olduğunu deyib.
 
Ayətullah Gulpayqani içində olduğumuz həssas şərtlərdə İslam alimləri və universitetlər arasında münasibətlərin də əhəmiyyətli bir zərurət olduğunu bildirərək, bu istiqamətdə daha çox səy göstərilməsinin vacibliyini qeyd edib.
 
Mərcei təqlid bildirib ki, təkfirçi və ekstremizm tərəfdarı qrupların Məhəmməd (s) İslamı ilə uzaqdan-yaxından əlaqəsi yoxdur: "Onların tam bir cəhalət və zülmət içindədirlər və bunlar müsəlmanlar arasında ixtilaf yaratmaq istəyənlərdir. Bunlar Müsəlmanları həqiqi İslamdan uzaqlaşdırmaq istəyir, öz təcrübələri ilə də dinin rəhmanı simasını zədələmək istəyirlər."

Google+ WhatsApp ok.ru