Ayətullah Sistani Şeyx Əli Salmanın sərbəst buraxılmasını istədi

Ayətullah Sistani Bəhreynin Bağdaddakı səfirliyinə məktub göndərib.
"Mehr" agentliyinin verdiyi məlumata görə, ərəb mediası Ayətullah Sistaninin Şeyx Əli Salmanın sərbəst buraxılması mövzusunda Bəhreynin Bağdaddakı səfirliyinə məktub göndərdiyini açıqlayıb.
 
İslam dünyasının nüfuzlu müctəhidlərindən olan Ayətullah Sistani göndərdiyi məktubla "Əl-Vifak" təşkilatının rəhbəri Şeyx Əli Salmanın sərbəst buraxılmasını istəyib. Məlumata əsasən, məktub İraq Parlamentinin spikerinin birinci müavini Şeyx Həmam Mahmudi vasitəsilə Bəhreynin İraqdakı səfiri Səlah əl-Malikiyə çatdırılıb. Əl-Maliki  bu məktubu Bəhreyn hökumətinə çatdıracağına söz verib. 
 
Ayətullah Sistani sözü gedən məktubda Şeyx Əli Salmanın həbsinin Bəhreynin mənafeyinə uyğun olmadığını bildirərək, şeyxin ən qısa zamanda sərbəst buraxılmasını və hökumətin bu həbsə görə xalqdan üzr istəməsini istəyib.

Qeyd edək ki, dekabrın 28-də təhlükəsizlik qüvvələri Bəhreynin ən böyük şiə müxalif təşkilatlarından olan Əl-Vifaqın baş katibi Şeyx Əli Salmanı həbs edərək, naməlum istiqamətə aparıblar.
Şeyx Əlinin həbsi həm Bəhreyndə, həm də digər ölkələrdə Əhli-Beyt sevərlər və alimlər tərəfindən tənqid olunub. 
islamazeri/

 

Google+ WhatsApp ok.ru