Ayətullah Sistanidən yeni fətva

Ayətullah Sistani yeni fətvasında İŞİD işğalından azad edilmiş bölgələrdə vətəndaşların malına əl uzatmağı haram bildi.
 
Maide.az xəbər verir ki, Ayətullah Sistani dünən verdiyi fətvada təhlükəsizlik və könüllülərin İŞİD terrorçularının nəzarətindən çıxarılan regionlarda vətəndaşlara məxsus əmlakın talan etməsini haram bilib.
 
Hökumətin vətəndaşların malı, namusu və haqlarına əl uzadanlara qarşı ciddi mövqe ortaya qoyması lazım olduğunu qeyd edən Ayətullah Sistani, terrorçulardan təmizlənən ərazilərdə vətəndaşların malının müharibə qəniməti olmadığını vurğulayıb.
 
Kərbəlanın imam cüməsi Şeyx Əbdülmehdiyə tövsiyə verən müctəhid, xütbələrdə daşınan əmlakın talan etməsinin haram olduğu və daşınmazın məhv edilməsinə dair vurğular edilməsini istəyib.
 
Ayətullah Sistani dəfələrlə İraqda müxtəlif xalq təbəqələrinin birliyi və bərabərliyini qeyd edib, təhlükəsizlik və hərbi güclərin də İraq xalqının can təhlükəsizliyini terrorçulara qarşı qorumağa çağırıb.

Google+ WhatsApp ok.ru