Ayətullah Xamenei: `Fələstin xalqı qələbə çalacaq!`

İslam İnqilabının rəhbəri, Ali lider Ayətullah Əli Xamenei Fələstin Azadlıq Təşkilatı Xalq Cəbhəsi baş katibi Əhməd Cəbrayılı qəbul edib. 
 
Maide.az xəbər verir ki, Ali lider Əhməd Cəbrayıla xitabən, "bu gün Fələstin davasının əsas sütunları, dayaqları sizlərsiniz. Ümid edirəm ki, bu müqavimət ruhunu qoruyaraq Fələstini qələbəyə çatdıracaqsınız", - deyib.
 
Ayətullah Xamenei Fələstin davasını İslam dünyasının ən mühüm məsələlərindən biri kimi gördüklərini bildirib. İran İslam Respublikasının qələbə əldə edilənə qədər Fələstini və haqlı mübarizəsini dəstəkləyəcəklərini qeyd edən Ali lider, gənclərin Fələstinin azadlığa çatacağı günü qətiyyən görəcəyi müjdəsini verib.
 
Görüşün sonunda Əhməd Cəbrayıl İranın Fələstin xalqının haqq və hüququnun verilməsi və haqq işini müdafiə etdiyi üçün etdiyi yardım və təşəbbüslərinə görə minnətdar olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru