Ayətullah Şəbüstəri: `İngilis şiəliyi ən qısa zamanda aradan qaldırılmalıdır`

Maide.az xəbər verir ki, Təbriz şəhərinin imam cüməsi Ayətullah Müctəba Şəbüstəri Şərqi Azərbaycan əyalətinin imamları ilə keçirdiyi iclasda çıxış edərək, bəzi mühüm məsələlərə toxunub. Çıxışında "Ali İmran" surəsinin son ayələrinə diqqətə çəkərək, "Allah-Təala bu ayələrdə müsəlmanlar üçün üç göstəriş nazil edib. Birincisi: Fərdi müsibət və itaətdə səbr etmək, ikincisi, İctimai səbr və üçüncüsü, dinin liderlərini qorumaq. Dinin liderlərini qorumaqda məqsəd, İslamı və İslam cəmiyyətinin əqidə və təfəkkürünü müdafiə etmək üçün ən ön cərgələrdə yer almaqdır. Xüsusi olaraq günümüzdə düşmənin müsəlman gənclərimizin irəliləyişini dayandırmaq və onları azdırmaq üçün mədəni təcavüzlə yanaşı, şübhəlilik zəhərini saçır" söyləyib.
 
Ayətullah Müctəba Şəbüstəri sözlərinə belə davam edib: "İfratcılığa, təkfirçiliyə, London şəiliyinə və Amerika sünniliyinə qarşı mübarizə aparmaq alimlərimizin vəzifəsidir.
 
Düşmən bu gün təkfirçiliyə qarşı İslam aləmində şiə fanatizmini yaratmaq niyyətindədir. İngilis şiəçiliyi bidət və xurafatlar ilə müsəlmanların qətlə yetirilməsi üçün Amerika vahabizminin əlinə əsas verir.
 
Biz indiyə qədər London şiəliyi haqqında süqut etdik. Aşkar şəkildə şiələri hədəf alan aksiya və ifadələrinə görə, özünü mərcə-təqlid kimi tanıdan Sadiq Şirazi axınını ifşa etməyi vəzifə bilirik. Xurafat və xəncər vurmağı canlandıraraq, Əhli-Beytin pak adını xəncər və xurafatlarla əlaqələndirmək niyyətindədirlər. Bu cərəyan ən qısa zamanda aradan qaldırılmalıdır.
 
Şiə və sünni müsəlmanlar ayıq olmalıdırlar və düşmənin fitnələrinə yol verməməlidir. Hər zamankından daha çox vəhdət və vahid vücud olaraq düşmənə qarşı səfərbər olmalıdırlar."

Google+ WhatsApp ok.ru