Ayətullah Xamenei: Düşmənlərin İrana qarşı iqtisadi təzyiqləri siyasi xarakter daşıyır-Foto

Ali Lider , Ayətullah Seyyid Əli Xamenei bu gün baharın ilk günündə İranın Məşhəd şəhərində İmam Rza (ə)-ın hərəmində on minlərlə zəvvarın bayramını təbrik edib və çıxış edib. 
Maide.az xəbər verir ki, çıxış zamanı Ayətullah Xamenei bildirib ki, düşmənlərimiz açıq şəkildə bildirirlər ki, iqtisadi təzyiqlərdə məqsədləri siyasi hərəkətdir. “Sanksiya düşmənlərin təzyiq göstərmək sahəsində yeganə vasitəsidir. Məqsədləri budur ki, xalqı İslam Quruluşunun qarşısında qoysunlar.  Amerika təzyiqin əsas amildir. Amerikalılar açıq şəkildə deyirlər ki, xalqı etiraz etməyə təhrik edirlər.”
Ayətullah Xamenei bildirib ki,  düşmənlər Asiyanın qərbində misilsiz olan ölkəmizin təhlükəsizliyini hədəfə alıblar. “Ölkəmizin şimalı, cənubu, qərbi və şərqində yerləşən ölkələrdə bizim təhlükəsizliyimizi pozmaq istəyirlər və bunun üçün planlara malikdirlər.“
Ayətullah Xamenei  ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibətilə verdiyi müraciətə cavab verib. “Barak Obamanın Novruz müraciətindən belə çıxır ki,bizim diktəmizlə sizin iqtisadiyyatınız çiçəklənə bilər, amma bu baxış əsla nəticəyə çatmayacaq. Biz hamımızın ortaq nəzərimiz olan Müqavimət iqtisadiyyatını gücləndirməliyik.”
Ayətullah Xamenei bildirib ki, sanksiyalar hərçənd bizə problemlər yaradıb, lakin bu sanksiyalar bizim üçün fürsətdir. “Amerikanın regiondakı siyasəti əmin-amanlığı pozmaqdır.  Amerika və onların təşkilatları islami oyanış qarşısında əks-hücuma keçiblər və region xalqlarını çarəsiz etmək istəyirlər, bu isə bizim hədəflərimizin əksinədir. 
Ali Lider Ayətulllah Xamenei nüvə müzakirələri məsələsinə toxunaraq, ABŞ-la müzakirələrdə yalnız nüvə məsələsi barədə danışırıq və region məsələləri əsla müzakirələrin predmeti deyil./
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru