Ayətullah Xamenei: Səudiyyəlilər Yəmənə təcavüz etməklə səhvə yol verib

 
Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün İslam Peyğəmbərinin əziz qızı xanım Fatimə Zərhanın (s.ə.s) doğum günü ildönümümünasibəti ilə bir qrup ziyalı qadın,şairlər və Əhli Beyt (ə) məddahları ilə görüşüb.
Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Xamenei çıxışının əvvəlində  xanım Fatimə Zəhranin(s.ə.s) miladının ildönümü günü münasibətilə görşüdə iştirak edənləri və xalqı təbrik edib, daha sonra nüvə müzakirələri və Yəmən olayları haqqında önəmli sözlər bəyan edib. 
Ayətullah Xamenei  Yəməndə baş verən hadisələr və Səudiyyə  Ərəbistanın Yəmənə təcavüzünə toxunub və bildirib ki, Səudiyyəlilər Yəmənə təcavüz etməklə səhvə yol verib. “Səudiyyəlilərin mütləq burnu yerə sürtüləcək.
 Şübhəsiz səudiyyəlilər bu məsələdə böyük zərər və ziyana uğrayacaqlar və heç bir vəchlə qələbə qazanmayacaqlar.”
Ayətullah Xamenei Yəmən xalqına qarşı yönəlmiş bu hərəkətləri beynəlxalq səviyyədə izlənilə biləcək cinayət və soyqırım adlandırıb.
Ayətullah  Xamenei səudiyyəlilərin məğlubiyyəti ilə bağlı proqnozlarının səbəbləri barədə də bildirib ki, onların məğlubiyyətə uğramasının səbəbi də aydındır. Çünki, sionistlərin hərbi gücü səudiyyəlilər ilə müqayisədə qat-qat çoxdur və Qəzzə də çox kiçik bir məntəqədir. Amma, sionistlər Qəzzə qarşısında heç bir uğur əldə edə bilmədilər. Halbuki, Yəmən böyük bir ölkədir və on milyonlarla əhalisi var.
Ayətullah Xamenei çıxışının davamında son nüvə müzakirələri ilə bağlı  Ali Lider tərəfindən mövqenin bildirilməməsinin səbəbinin, mövqe bildiriləcək bir durumun olmaması ilə bağlı olduğunu vurğulayıb. “Ölkə rəsmiləri və nüvə müzakirələrini aparan rəsmilər, müzakirələrin hazırkı mərhələsində hələ heç bir anlaşmanın əldə olunmadığını və tərəflərin üzərlərinə hələ ki, icrası vacib olan hər hansı bir öhdəlik götürmədiklərini elan ediblər.” 
Ayətullah Xamenei deyib ki, İndiyə kimi baş verən nə anlaşmanın özüdür, nə yekun anlaşmaya xətm olan müzakirələrdir nə də ki, anlaşmanın mahiyyətinə zəmanət vermir. Buna görə də təbrik deməyin heç bir mənası yoxdur. “ Mən, İran xalqının izzətini təmin edəcək anlaşmanı 100% dəstəkləyəcm. Ali Liderin anlaşmanın əldə olunması ilə müxalif olduğunu deyənlər, həqiqəti əks etdirməyən söz deyiblər”. 
Ayətullah Xamenei  həmçinin, qarşı tərəfi “beynəlxalq ictimaiyyət” hesab edənlərdən gileylənib və deyib ki,  İran xalqının qarşı tərəfi, beynəlxalq ictimaiyyət yox, öhdəliklərə sadiq olmayan Amerika və 3 Avropa öləsidir.
“ Beynəlxalq İctimaiyyət bir neçə il öncə başçıları və nümayəndələri Qoşulmama Hərəkatının Tehran sammitində iştirak edən 150 ölkədir və İranın qarşı tərəfi olan beynəlxalq ictimaiyyətin İrana etimad etməli olduğu barədə deyilənlər, tamamilə yersiz sözlərdir.” 
Ayətullah Xamenei  deyib ki, əgər sanksiyaların ləğv edilməsi yeni bir proses ilə əlaqələndirilərsə, müzakirələrin əsasının öz mənasını itirməsi anlamında olacaq. Çünki, müzakirələrin məqsədi sanksiyaların ləğvidir və sanksiyalar elə anlaşma günü tam formada ləğv edilməlidir./
 

Google+ WhatsApp ok.ru