Ayətullah Kermani: `Yəmən xalqının qırğın edilməsi İslam dininin təlimlərinə ziddir`

Maide.az-ın məlumatına görə, Ayətullah Məhəmməd Əli Muvəhhidi Kermani bu həftə cümə namazı xütbələrində Ərəbistanın Yəmənə qarşı hücumlarınn davam etməsindən danışıb. O, təəssüflənərək bildirib ki, Ali-Səud elə bir halda özünə Şərif Hərəmlərin (Məkkə və Mədinə) xidmətçisi adını seçib ki, indiyədək Yəməndə özünün yüzlərlə müsəlman qardaşını qətllə yetirib.
 
Ayətullah Muvəhhidi Kermani müsəlman Yəmənə təcavüzün heç bir məntiqi dəlili olmadığını bildirərək deyib: "Yəməndə 2500-dən çox insanın qanının tökülməsi, məktəblilərin qırğın edilməsi və yaşayış massivlərinin bombalanması bəşəriyyətə qarşı cinayətdir. 
Tehranın cümə namazı xətibi vurğulayıb: Bu gün regiondakı diktatorların Yəmən xalqına qarşı törətdikləri bütün cinayətlər yalnız ona görədir ki, bu xalq müstəqil olmaq və öz ölkəsinin taleyini özü təyin etmək istəyir." 
 
Ayətullah deyib ki, Yəmən savaşının Ali-Səud rejimi üçün son dərəcə pis nəticəsi olacaq və Ərəbistana hakim kəsilmiş rejimi süqut və məhvə yaxınlaşdırır.

Google+ WhatsApp ok.ru