Ayətullah Üzma Seyid Əli Xameneinin etikaf haqqındakı yeni fətvaları

Ali Lider, Ayətullah Üzma Seyyid Əli Xameneinin etikaf haqqında yeni fətvaları yayımlanıb. 
 
Maide.az olaraq onları təqdim edirik.
 
Etikafın fəzilət vaxtı
 
Sual: Hansı zamanda etikaf etmək müstəhəbdir?
Cavab: Etikafın xüsusi bir günü yoxdur, amma Ramazan ayının son on günündə etikaf etmək daha fəzilətlidir.
 
Üç gündən çox etikaf etmək
 
Sual: Etikaf edən şəxs dörd gün etikaf etməyə niyyət etsə, dördüncü gün də etikafdan sayılır, yoxsa dördüncü günün etikafdan sayılması üçün altı günmü etikaf edilməsi lazımdır?
Cavab: Dördüncü gün etikafa daxil sayılır, amma beş gün etikafda qalan birinin altıncı günü qalması vacibdir.
 
Səfərdə  etikaf etmək 
 
Sual: Mən şəhər mərkəzindəki məsciddə etikaf etməyi çox istəyirəm, amma rayonda yaşadığıma görə şəhərə gedəndə namazımı səfər namazı qılmalıyam. Buna görə də etikafıma bir zərər gələrmi?
Cavab: Əgər biri səfərdə etikaf etmək istəyirsə, səfərdə etikaf edəcəyinə dair nəzr  etməlidir. Belə edərsə etikaf etməsinin eybi yoxdur.
 
Etikaf edənin cənazə mərasiminə qatılmaq üçün bayıra çıxması
 
Sual: Etikaf zamanı dəfn mərasiminə iştirakının müəyyən bir vaxtı varmı? iştirak üçün gedərgən kölgədə olmağın -avtomobil və digər vasitələrlə- hökmu necədir?
Cavab: Bunun müəyyən bir vaxtı yoxdur və dəfn mərasimi etikafın şəklini pozacaq qədər uzatmasa və ürfi baxımdan iştirak zəruri olarsa, ona qoşulmağın eybi yoxdur. Ehtiyat vacibdir ki, imkan dairəsində kölgədə oturmasın və ehtiyat müstəhəbdir ki, kölgə ilə hərəkət etməsin. 
 
Etikafda məcburi olaraq orucu pozmaq
 
Sual: Əgər etikafda olan bir şəxs tutulduğu xəstəliyə görə orucunu pozmaq məcburiyyətində qalarsa, nə etməlidir və etikafının hökmü nədir?
Cavab: Orucsuz etikaf səhih deyil, bu səbəbdən oruc pozulduqda etikaf batil olur.
 
Etikaf zamanı halal olan söhbət
 
Sual: Halal olan şeylər haqqında etikafda söhbət etməyin eybi varmı?
Cavab: Eybi yoxdur.
 
Etikaf zamanı heyz və ya istihaze olmaq
 
Sual: Etikaf zamanı heyz və ya istihazə olan qadının etikafının hökmü nədir? Birinci, ikinci və ya üçüncü gündə olması fərq edərmi?
Cavab: Adət üçüncü günün son saatlarında belə olsa, etikaf batildir və gərək məscidi tez tərk etsin.  Ancaq istihazə halında orucu ilə bağlı əgər istihazə olanın vəzifəsinə uyğun hərəkət etsə, etikafı səhihdir.
 
Dörd məsciddən başqa məscidlərdə etikaf etmək
 
Sual: Dörd məsciddən başqa məscidlərdə etikaf etmək caizdirmi və bunun niyyəti necə olmalıdır?
Cavab: Dörd məsciddən (Məscidul Haram, Məscidin Nəbi, Məscidi Kufə və Məscidi Bəsrə) başqa məscidlərdə savab almaq ümidi ilə etikaf etməyin eybi yoxdur.
 
Rəcəb ayında etikafın  müstəhəb olması
 
Sual: Rəcəb ayında etikaf müstəhəbdirmi?
Cavab: Etikafın rəcəb ayında müstəhəb olmasına dair xüsusi bir dəlil tapa bilməmişik.
 
Etikafda olanın zəruri mübadilə halları
 
Sual: Etikafda olanın ala biləcəyi zəruri şeylər nələrdir?
Cavab: Etikaf zamanı özünün və ailəsinin nəfəqəsi üçün ehtiyac duyulan şeylərdir.
 
Fəcrin doğmasından etikaf
 
Sual: Bir şəxs 72 saat davam edəcək üç günlük etikafa girmək istəyir. Əgər bu şəxs etikafını məsələn, günorta başlasa və son gündə 72 saatı tamamlayacaq şəkildə günorta vaxtı etikafı bitirsə, bu etikaf səhihdirmi?
Cavab: Etikaf ilk günün əvvəlindən başlayıb son günün sonunda başa çatır və bir günün yarısından başlayaraq son günün yarısında bitirmək səhih deyil.
 
Etikafda olanın mübadilə etməsi
 
Sual: İstər zəruri və istərsə qeyri-zəruri olan alış-verişləri etikafda olan şəxs edə bilərmi?
Cavab: Etikafda olan şəxsə alış-veriş etmək haramdır, lakin əgər etikafda ehtiyac duyulan şeyləri almağa məcbur qalarsa, bu işi görmək üçün etikafda olmayan bir şəxsi tapmazsa və ehtiyac duyulan şeylərin əldə olunması alış-verişdən başqa yolla mümkin olmazsa   alış-veriş etmək üçün maneə yoxdur. 
 
Vacib etikafın vacib qəzasını əda etmə zamanı
 
Sual: Əgər etikafın qəzası etikaf batil olduğuna görə vacib olsa və Ramazan ayının son on günüdə sona çatmış olarsa, bu halda fəzilətini əldə etmək üçün növbəti Ramazan ayına qədər bu etikafın qəzasını gecikdirə bilərikmi?
Cavab: Etikafın qəzasını hansı ayda istəsə saxlaya bilər, eybi yoxdur. Yalnız müəyyən bir ayda etikaf saxlayacağına dair nəzr edərsə onda qəzanı da həmin ayda etmək lazımdır.
 
Etikaf üçün caiz olan məkanlar
 
Sual: A- Görəsən came məscidindən (böyük məscid) başqa məscidlərdə etikaf etmək etikafı batil edirmi? Hər məhəllənin özünün, şəhərin came məscidindən başqa came məscidinə sahib olması mümkündürmü?
B - Came məscidi hansı məscidə deyilir?
C - Görəsən bir şəhərdə bir neçə came məscidi olması mümkündürmü?
 
Cavab: Daha əvvəl də deyildiyi kimi dörd məscid xaricində hər məsciddə etikaf etmək caizdir, amma Allah-təalanın savab verəcəyinə ümid edərək, bu məscidlərdə etikaf edilməlidir. O zaman bu hökm came məscidinə məxsus deyil və bir şəhər, ya da kənddə bir neçə came məscidin olması mümkündür.
 
Etikaf edənin məsciddən çıxması
 
Sual: Məscidə aid kənar həyata çıxmağın hökmü nədir?
Cavab: Məscid hökmündə olan yerlərə getməyin eybi yoxdur. Amma məsciddən çıxmağın caiz olduğu hallar istisna olmaqla, məscid xaricinə çıxmaq caiz deyil.
 
Vətəndən kənarda etikaf
 
Sual: Əgər insan öz şəhərindən kənar bir şəhərdə etikaf etmək istəsə, məsələn, Məkkədə etikaf etmək istəyir və orada on gün qalmaq qəsdi də olmasa, görəsən nəzr etməsi kifayətdirmi? Belə olduğu halda nəzr necə deyilməlidir?
Cavab: Səfərdə oruc tutmaq üçün nəzr etməyin eybi yoxdur və bu nəzrlə orucu və etikafı səhih olar. Əlbəttə, ehtiyat vacibdir ki, səfərdən əvvəl  nəzr edilsin və bu cümlə deyilməlidir: ( «لله علىّ أن اصوم في سفري إلى كذا» ) Allah üçün mən filan yerə edəcəyim səfərimdə oruc tutacam.
 
Səfərdə etikaf
 
Sual: Görəsən bizim şəhərimizə dörd fərsəx (22 km) məsafədən daha uzaq olan bir şəhərdəki etikaf mərasiminə qatılmaq üçün o şəhərə gedə bilərikmi və səfərdə olduğumuz halda etikafımız səhihdirmi?
Cavab: Əgər orada on gün qalmağa niyyət etməsə və ya səfərdə oruc tutacağına dair nəzr etməsə, səfərdə oruc tutmaq səhih deyil. Oruc səhih olmadığı üçün etikaf da səhih deyil. 
 
Etikaf edənin məsciddən çıxması
 
Sual: Aşağıdakı hallarda məscidə aid olan, amma məscidin xaricində olan tualetlərə getməyin hökmü nədir:
A- Hamam üçün.
B- Müstəhəb qüsl üçün.
C- Dəstəmaz üçün.
D- Quran oxumaq və ya müstəhəb namazı qılmaq üçün dəstəmaz almaq.
 
Cavab: Yuxarıdakı səbəblərə görə, məsciddən çıxmağın eybi yoxdur. Amma ehtiyac duyulan qədər olmalı və uzadılmamalıdır.
 
Etikafda olarkən başqasını vəkil etmək
 
Sual: Görəsən etikafda olan biri - istər zəruri və istərsə də zəruri olmayan - ehtiyaclarını aldırmaq üçün başqasını vəkil edə bilərmi?
Cavab: Əgər Etikafda ehtiyac duyulan şeylər üçün olsa, eybi yoxdur. Amma bundan başqa şeylər üçün olarsa, etikaf əsnasında başqasını vəkil etməyin problemi var. 

 

Google+ WhatsApp ok.ru