Ayətullah Nəmrin edam tarixinin müəyyən olması ilə bağlı ziddiyyətli xəbərlər var

Maide.az-ın məlumatına görə, Ərəbistan rəsmiləri qərara alıblar ki, tanınmış şiə ruhani Şeyx Nəmr Baqir əl-Nəmri rəcəb ayının 25-də edam etsinlər. Deyilənlərə görə, 25 rəcəb Ərəbistanın sabiq vəliəhdi Naif bin Əbdüləziz Ali-Səudun ölümünün ildönümü günüdür.
 
Naif bin Əbdüləziz təəssübkeşliyi və vəhhabi müftilərə yaxınlığı ilə seçilirdi. Buna görə də daim Ərəbistan şiələrinə qarşı amansız davranışlar sərgiləyərdi. 
 
Təqribən 4 ildir ki, Ali-Səud zindanlarında məhbus həyatı yaşayan Şeyx Nəmr həbs olunmazdan öncə bir neçə dəfə Naif bin Əbdüləziz Ali-Səudun əleyhinə çıxış etmişdi.

Google+ WhatsApp ok.ru