Ayətullah Xamenei:İranın nüvə müzakirələri çərçivəsində Qərbin sabotajlarına reaksiyası sərt olacaq

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün İmam Hüseyn (ə) Universitetinin tələbələri qarşısında nüvə müzakiərləri mövzusuna toxunaraq bildirib ki, İranın nüvə müzakirələri çərçivəsində Qərbin sabotajlarına reaksiyası sərt olacaq.
Maide.az xəbər verir ki, Ali Lİder  Ayətullah Xamenei  əlavə edib ki,  İran İslam Respublikası əcnəbilərə öz hərbi mərkəzlərində heç bir təftişə icazə verməyəcək.
 Ali Lider qərblilərin İranın nüvə alimləri ilə müsahibə üzrə istəklərini istintaq adlandıraraq vurğulayı ki, nüvə və hər bir digər mühüm sahənin alimlərinə hörmətsizlik edilməsinə icazə verilməyəcək: "Bu meydanda şücaətlə hərəkət edən İran İslam Respublikası rəsmiləri bilsinlər ki, kobud düşmən ilə yeganə mübarizə yolu, zəiflik göstərməmək və əzmkarlıqdır. Onlar müzakirələrdə İran xalqının müraciəti və əzəmətini göstərə bilməlidirlər.
Düşmənlər Fars Körfəzi regionundakı bəzi səfeh məsul şəxslərlə yanaşı, vasitəçi müharibələrini İran sərhədlərinə çəkib gətirmək niyyətindədirlər. İslam İnqilabı keşikçiləri və milli təhlükəsizlik mühitinin bütün keşikçiləri ayıq-sayıqdırlar və əgər İrana qarşı sabotaj törədirlərsə, İranın reaksiyası olduqca sərt olacaq."

Google+ WhatsApp ok.ru