Ayətullah Xamenei: `Bütün yollar daxili imkanlara bağlıdır`

Ali lider Ayətullah Xamenei çərşənbə günü İslam Şura Məclisinin rəisi və nümayəndələri ilə görüşdə 9-cu məclisin son iş ilində ciddi təlaş göstərmək lazım olduğunu vurğuladı. Ali lider bildirdi ki, heç bir halda seçki kampaniyasının işə təsiri olmamalıdır, digər dövlət strukturları, hakimiyyət sturkturları, o cümlədən dövlətlə anlaşma əldə edilməlidir. O, 6-cı proqram qanununun araşdırılması, şəmsi 1395-ci il üçün büdcə, üsul-idarənin prinsiplərinə diqqəti məclis nümayəndələrinin mühüm vəzifəsi kimi vurğulayaraq buyurub: Ölkənin iqtisadi problemlərinin, o cümlədən nüvə mövzusunun həll yolu potensial imkanlara güvənmək, müqavimət iqtisadiyyatına etimad göstərməkdir. Ölkədə çıxılmaz vəziyyət, dalan yoxdur. Problemlərin həlli yolu daxili istehsalı gücləndirmək, maliyyə sahəsində inzibatçılığa riayət etməkdir. 
 
Ayətullah Xamenei bu görüşdə 9-cu məclis nümayəndələrinə ciddi təlaşları və müsbət addımlarından dolayı təşəkkürünü bildirdi. Nümayəndələrin nəzərinə çatdırdı ki, qalan bir il fürsəti qənimət saymaq lazımdır və buyurdu: Ehtiyatlı olun ki, bu müddətdə ilin sonundakı seçkilər sizin söz və işinizə təsir göstərməsin, yeganə meyarınız həqiqət olsun. Cənab Rəhbərin məclis nümayəndələrinə ikinci tövsiyəsi bu oldu ki, 6-cı proqrama diqqət yetirilsin, ilin sonunda tələskənliyə yol verilməsin. 
 
Ali lider buyurdu: 6-cı proqram qanunu mühümdür. Dövlətlər bu proqrama əməl etməyə vəzifəlidirlər. Xalqın həyatı da bu qanunun təsiri altında olacaq.
 
O, üçüncü tövsiyəsində İslam Cümhuriyyətinin digər qüvvələri, xüsusilə dövlətlə anlaşmalar mövzusuna toxunaraq buyurdu: Dövlət müxtəlif qüvvələr, qurumlar arasında vasitəçilik məsuliyyəti daşıyır. Onun müvəffəqiyyəti digər qurumaların da fəaliyyətlərinə təsirlidir. Buna görə də dövlətlə anlaşmaq, qəlb və dildə bir olmaq lazımdır. 
 
Ali lider hüsni-zənn nikbinliyi anlaşmanın əsas şərti kimi vurğuluyaraq buyurdu: Süi-zənn, bədgümanlıq, qarşı tərəfi sazişçilik və xəyanətdə ittiham etməklə anlaşma əldə olunmaz. Təbii ki, hüsni-zənn, xoşgümanlıq dedikdə də aldanmaq nəzərdə tutulmur. 
 
Ayətullah Xamenei anlaşmanın girovçuluqdan fərqləndiyini vurğulayaraq buyurdu: Məclis nümayəndələrinin və nazirlərin anlaşmada əsası qanuni vəzifə və milli mənafe olmalıdır. Onlar bir-birindən imtiyaz almamalıdırlar. 
 
Ali lider məclisdəki komissiyalarda nazirlərlə hörmətlə rəftar olunmasını anlaşmanın zəruri şərti kimi vurğulayaraq buyurdu: Nə nümayəndələr alçaldıcı münasibət göstərməli, nə də dövlət və nazirlər səltənət mövqeyindən baxmalıdır. Hər halda, bütün mərhələlərdə ədəb qaydalarına riayət olunmalıdır: "Ölkədə müqavimət iqtisadiyyatı ilə bağlı sözbirliyi var. Amma qəlb birliyi də lazımdır. Müqavimət iqtisadiyyatına bütün vücudumuzla inanmalıyıq. Əgər biz istehsalı gücləndirsək, potensial imkanlardan istifadə etsək daxili imkanları həll etməkdən əlavə xarici məsələləri o cümlədən nüvə məsələsini asanlıqla həll edə bilərik. Nüvə məsələsinin həlli üçün yollar var. Bütün yollar daxili imkanlara, daxili istehsala güvənməklə əlaqəlidir. Amerika, Qərb və sionizmlə olan problemlərimiz çərçivəsində nüvə mövzusundan əlavə insan haqları kimi iddiaların olduğunu proqnozlaşdırırıq. Əgər daxili imkanlara güvənsək, daxili problemləri həll etsək, o biri problemlərin həlli asan olacaq. 
Bu əsasla 6-cı proqram qanunu araşdırılmalı, gələn ilin büdcəsi üzərində işlənilməli, müqavimət iqtisadiyyatına xususi diqqət yetirilməli, boşluqlar aradan qaldırılmalıdır. 
Dövlətin dostları istehsalın gücləndirilməsi ilə bağlı deyirlər ki, bizim mənbə çatışmazlığımız var. Mən də bunu bilirəm. Sanksiyalar da mənbə çatışmazlığına təsirlidir. Amma belə bir şəraitdə ciddi şəkildə çıxış yolu axtarmalıyıq. 
Mənbə çatışmazlığı açılmayan düyün deyil. Sadəcə, daxili mənbələrin ixtisaslaşdırılması və maliyyə inzibatçılığında proqramlaşdırma olmalıdır. 
Belə bir şəraitdə lazım olmayan yerə pullar xərclənir. Buna görə də dövlət, məclis, məhkəmə, silahlı qüvvələr, və başqa qurumlar düzgün idarəetmə, maliyyə inzibatçılığına diqqətlə mənbələri münasib və proqramlı şəkildə bölməlidirlər." 
 
Ali liderin digər bir tövsiyəsi nümayəndələri cümhuriyyətin prinsipial mövqelərinə diqqətli olması idi. O, 9-cu məclisin məqbul, müsbət, bəzən mütərəqqi mövqeyini yada salaraq buyurdu: "Məclis nümayəndələri daim üsul-idarənin prinsipial mövqelərinə diqqət yetirməli, bu barədə böyük imamın buyuruqlarını, vəsiyyətnaməsini meyar kimi qəbul etməlidir.
Əgər məclis daim üsul-idarənin prinsipial mövqelərinə diqqətli olsa imperializmin təhlükəli uçurumuna yuvarlanmaq qorxusu olmaz. Amma belə bir möhkəmlik olmasa təhlükə böyükdür. 
Bizim nüvə məsələsi ilə bağlı mövqeyimiz bu vaxta qədər xalqa bəyan etdiklərimizdir. Bunu şifahi, yazlı şəkildə məsullara da çatdırmışıq. Əlbəttə ki, bəzi məsələlər xüsusi, qapalı çərçivədə bildirilib. 
Müzakirə aparanlar əvvəlcədən elan olunmuş mövqedə möhkəm dayanmalıdırlar. Ümid edirik ki, onlar ölkə, nizamın mənafelərini təmin edə biləcəklər." 
 
Ayətullah Xamenei söhbətinin əvvəlində rəcəb, şəban və ramazan aylarının böyük imkanlarından danışdı. Bildirdi ki, bütün məsullar, o cümlədən nümayəndələr bu dövrdə Allahla rabitələrini möhkəmləndirməyə ehtiyaclıdırlar. Rəhbər buyurdu: Bu aylara aid nəql olunmuş dualardan istifadə etməklə, Quranla rabitə və nafilələrlə Allahla yaxın rabitə üçün zəmin hazırlamaq lazımdır: "Hərəkətlərimiz daim ilahi hüquqlara riayət çərçivəsində olmalı, sözümüz düz, baxışımız dəqiq olmalıdır." 
 
Ali liderin çıxışından öncə İslam Şura Məclisinin rəisi cənab Laricani məclisin ötən üç ildə işi barədə məlumat verərək dedi: Bu müddətdə 120 qanun qəbul olunub, onların çoxu iqtisadi ehtiyacların aradan qaldırılması, istehsalın inkişafı üçündür. Məclis rəisi istehsala mane olan səbəblərin qanunla aradan qaldırıldığını, mal və valyuta qaçaqmalçılığına qarşı tədbir görüldüyünü, aztəminatlı təbəqə üçün zəruri ehtiyac duyulan mallarla təminatı, büdcə qanununu əsas işlər sırasında yada saldı. O dedi: Məclisin digər mühüm addımları arasında səhiyyəyə diqqət, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yarımçılıq layihələrin xüsusi sektora təqdim olunması qeyd olundu. 
 
Laricani məclisin nəzarət funksiyaları, mühasibə divanı, araşdırma mərkəzi, 90-cı maddə komissiyası, qanunların tətbiqi heyəti barədə də məlumat verdi. O, məclisin diqqət yetirdiyi mühüm məsələlər arasında regional və beynəlxalq mövzuların da olduğunu yada saldı. 9-cu məclisin strategiyası milləti biganələr qarşısında hərtərəfli hüquqi müdafiə ilə təmin etməkdir. İmam Xomeyninin (r) fikirləri əsasında bu istiqamətdə təlaş göstərilir. Eləcə də daxili istehsal və nüvə mövzusu diqqət mərkəzində saxlanılır./

Google+ WhatsApp ok.ru