Ayətullah Xamenei: İraq xalqı və dövlətinin təkfirçi terrorçular qarşısında dayanması region təhlükəsizliyinin təminidir

Ali Lider Ayətullah Seyyid Əli Xamenei ötən gün axşam İraqın baş naziri Heydər Əlibadi və onu müşayiət edən nümayəndə heyətilə görüşüb. 
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, İraq xalqının terrorçularla döyüşdə daha çox aşkarlanan mühüm cəhətlərindən biri, düşmən ilə mübarizədə qeyrətli köçəri tayfalar və könüllü xalq qüvvələrinin şücaəti, əzmkarlığı və qüdrətidir. 
Ayətullah Xamenei  İraqın siyasi və milli birliyinin qorunmasında sayıqlığı olduqca zəruri amil sayıb və bildirib ki, müxtəlif sahələrdə İraqın inkişafı və gələcəyi üçün könüllü xalq qüvvələrinin böyük imkanları son dərəcə faydalı və təsirli olacaq. 
Ayətullah Xamenei  İraqda terrorçuların olmasını ötəri bir hadisə adlandırıb və vurğulayıb ki, Könüllü xalq qüvvələri kimi böyük sərmayə, yalnız müharibə meydanında deyil, daha iri miqyasda və müxtəlif sahələrdə etibarlı dayaq sayılır. 
Ali Lider Ayətullah Xamenei İraqın milli və siyasi birliyinin aradan götürülməsini Qərb ölkələrinin İraqdakı təhlükəsizlik və kəşfiyyat orqanlarının hədəflərindən biri adlandırıb və bildirib ki,  sayıqcasına və diqqətlə bu fitnə və təfriqəsalmanın qarşısında dayanmaq və İraqda şiə-sünni və kürd-ərəb birliyinə xələlin gəlməsinə yol verməmək lazımdır. 
Ayətullah Xamenei  İranın, İraq xalqı və qanuni dövlətini hərtərəfli  dəskətlədiyini bildirib və deyib ki,  İran İslam Respublikası dövləti İraq xalqı və dövlətini dəstəkləməyi davam etdirir.
İraqın baş naziri də bu görüşdən qürur duyduğunu ifadə edərək, İranın İraqı hərtərəfli dəstəkləməsinin davam etməsi və İran İslam Respublikası dövlətinin səmimi həmkarlığını iki ölkə əlaqələrinin dərinliyi nişanəsi adlandırıb.
Əlibadi deyib ki, İraqın düşmənləri etnik və məzhəbi ixtilaflar salmaq üçün əllərindən gələni edirlər, lakin İraq xalqı və dövləti bu fitnə ilə mübarizəyə və milli birliyi qorumağa qərarlıdır.
İraqın baş naziri həmçinin İran dövlətinin terrorçular qarşısında İraq xalqı və dövlətini dəstəklədiyinə görə təşəkkür edib./

Google+ WhatsApp ok.ru