Ayətullah Xamenei: Amerika kimi düşmənlərin xəbis üzünü media bəzəyi ilə örtməyə çalışanlar xalqın istəklərinə qarşıdırlar

 Amerikanın və onun bəzi muzdlularının düşmənçiliyini təbliğat bəzəyi ilə örtmək istəyənlər İranın və xalqının xainləridirlər. Bu sözləri Ali Lider  Ayətullah Seyyid Əli Xamenei  ötən gün  Ayətullah Behişti və İslam Respublikası partiyasının üzvlərindən 72 nəfərin 1981-ci il 28 iyunda şəhid olmasının ildönümü günü ilə əlaqədar bu şəhidlərin ailələri və Tehran vilayəti şəhidlərinin ailələri ilə görüşündə deyib.
Maide.az xəbər verir ki, Ayətullah Xameni  İranı və xalqını şəhidlər və şəhidlərin ailələrinə borclu olduğunu vurğulayıb və bildirib ki, Amerika kimi düşmənlərin xəbis üzünü media bəzəyi ilə örtməyə çalışanlar xalqın istəklərinə qarşıdırlar. 
Ayətullah Xamenei düşmənin tanınmasının vacibliyini bir daha vurğulayaraq xatırladıb ki, İran xalqı yumşaq müharibə meydanlarında, o cümlədən mədəniyyət, siyasət və ictimai sahədə düşmənin düşmənçiliyinin səviyyəsini tanımalı və qarşılaşmaq və mübarizə üçün hazır olmalıdır.
Ayətullahülüzma Xamenei həmçinin 1981-ci il 28 iyun şəhidlərinin xatirəsini anaraq deyib ki,  Ayətullah Behişti və bir qrup nazir, parlament deputatı, siyasi və inqilabçı fəalın şəhid olduğu 28 iyun kimi böyük hadisə təbii ki, İslam İnqilabının məğlubiyyəti ilə nəticələnməli idi. Lakin bu şəhidlərin qanının bərəkəti ilə təsəvvür olunanın tam əksi baş verdi və bu hadisədən sonra xalq birləşdi və inqilab həqiqi və düzgün yolunda qərarlaşdı. 
28 iyun hadisəsindən sonra İmam Xomeyni (rə) tərəfindən ictimaiyyətin istiqamətləndirilməsinə toxunan Ayətullah Xamenei əlavə edib ki,bu hadisə inqilabın cəmiyyətin dərinliklərindəki qüdrətini düşmənlərə aydınlaşdırdı və onlar İslam İnqilabı ilə sərt davranışların nəticə verməyəcəyini başa düşdülər. 
 
İnsan haqları iddiasında olan zalım qüdrətlərin həqiqi simasının ifşa olunmasını 28 iyun şəhidlərinin qanının bərəkətlərindən adlandıran Ayətullah Xamenei bildirib ki, 28 iyun cinayətini törədən həmin şəxslər hazırda Avropa və Amerikada azad şəkildə fəaliyyət göstərir, bu ölkələrin rəsmiləri ilə görüşür və hətta onlar üçün "insan haqları" mövzusunda iclaslar təşkil olunur. 
Ali Lider  belə davranışların insan haqları iddiaçılarının araqarışdıranlıq, ikiüzlülük və xəbisliklərinin kulminasiya nöqtəsində olduğunu göstərdiyini bəyan edərək deyib ki, ölkəmizin terror nəticəsində 17 min şəhidi vardır. Onların əksəriyyəti əkinçi, işçi, fəhlə, universitet müəllimi, hətta uşaqlar və qadınlardır. Lakin bütün bu terrorları törədənlər insan haqları iddiasında olan ölkələrdə azad şəkildə gəzirlər. 
Ayətullah Xamenei bildirib ki, İran xalqı şəhidlər və şəhid ailələrinə borcludur və bu həqiqəqi inkar edənlər xalqın gələcəyinə biganədirlər, İran kimlikləri olmalarına baxmayaraq, əslində əcnəbidirlər./

Google+ WhatsApp ok.ru