Ayətullah Xameneinin Qüds haqqında kitabı nəşr olunub

"Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabı İranın Bağdaddakı Mədəniyyət Mərkəzinin səyi ilə nəşr olunub.
Maide.az xəbər verir ki, Rəsa xəbər agentliyinin məlumatına görə, Ümumdünya Qüds günü ərəfəsində İranın Bağdaddakı Mədəniyyət Mərkəzi "Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabını hazırlayaraq, çap edib. Bu kitabda Ali Lider Ayətullah Xameneinin Ümumdünya Qüds günü barəsindəki çıxışları və buyurduqları toplanaraq,nəşr edilib. 
Bu mədəni əsər 48 səhifədə dörd min nüsxə tirajla çap olunub.   Ayətullah Xameneinin kitabda çap olunan çıxışlarından bir neçə hissəsini qeyd edirik. "Qüds məsələsi, bir və ya bir neçə ölkənin deyil, İslamın məsələsidir" ,  "Fələstin xalqını müdafiə, məzlumu, bəşəriyyətə zidd zalım qarşısında müdafirə ilə eynidir" . 
Bu kitabın digər bir hissəsində İsrail, Fələstin xalqının polad əzmkarlığı qarşısında zəif bünövrəli bir rejim kimi qeyd olunaraq, bütün müsəlmanların Qüds və Fələstin məsələləri qarşısında məsuliyyət qəbul etmələri vacibliyi vurğulanıb.
"Dünyanın zalım qüvvələrinin sionist rejimi hərtərəfli himayələri", "Bəzi islami ölkələrin işğalçı rejimin fələstinlilərə qarşı təcavüzkarlıqları qarşısındakı səhlənkarlıqları", "İran İslam Respublikası məzlum Fələstin xalqının həqiqi müdafiəçisidir" və "Ümumdünya Qüds gününün qeyd olunması, müsəlmanlar və azadələrin beynəlxalq səviyyədə məzlum Fələstin xalqını himayələrinin simvoludur", "Əl-Quds fi fikri İmam Əl-Xamenei" kitabının digər mətləblərindən sayılırlar./

 

Google+ WhatsApp ok.ru