Ayətullah Xamenei: ABŞ İranla müharibəyə girərsə müharibəni məğlub kimi tərk edəcək tərəf, cinayətkar Amerika olacaq

Ali Lider  Ayətullah Seyyid Əli  Xamenei bu gün səhər  Fitr bayramı namazı xütbələrində ilk öncə İran xalqını və dünya müsəlmanlarını Fitr bayramı münasibəti ilə təbrik edib. 

Maide.az xəbər verir ki,Regionda cərəyan edən böhranlara toxunan Ayətullah Xamenei bildirib ki, Mübarək Ramazan ayında və ondan öncə regionda cərəyan edən hadisələr böyük təəssüf doğuran hadisələr olublar və müsəlman əhali düşmənlərin fitnəkarlıqlarına görə, çox çətin günləri təcrübə edirlər. 

 Ayətullah Xamenei  həmçinin, İran və 5+1 qrupu arasındakı müzakirələrə də toxunub və  ilk öncə bu uzun və yorucu müzakirələrdə iştirak edən müzakirə heyətinin zəhmətlərini yüksək qiymətləndirib və deyib ki,  təklif olunan mətnin təsdiq edilməsi və ya edilməməsindən asılı olmayaraq, İranın nüvə müzakirə heyətinin səyləri alqışa layiqdir.

Ayətullah Xamenei əlavə edib ki, İran heç vaxt düşmənin tamahkarlığı qarşısında təslim olmayacaq və heç kəsə İslam quruluşunun əsas prinsiplərinə xələl gətirmək icazəsi verilməyəcək. "İranın müdafiə potensialı və təhlükəsizliyi qorunmuş olacaq. Baxmayaraq ki, düşmənlər bu sahədə bir çox planlara malikdirlər."

Ali Lider  daha sonra deyib ki, nüvə müzakirələrinin yekun mətninin təsdiq edilməsi və ya edilməməsindən asılı olmayaraq, İran regiondakı dostlarını himayədən əl çəkməyəcək Yəmən, Fələstin, Bəhreyn, İraq, Suriya və Livan xalqları davamlı olaraq dəstəklənəcək.

Ayətullah Xamenei həmçinin bildirib ki, nüvə müzakirələrinin təklif olunan sənədinin hazırlanması ilə İranın ABŞ-ın hegemonçu dövləti qarşısındakı siyasəti də dəyişmiş olmayacaq və dəfələrlə qeyd olunduğu kimi, İran ABŞ ilə beynəlxalq məsələlər barədə müzakirə aparmır və nüvə məsələsi barədə də məsləhətə uyğun olaraq müzakirə aparıb.

ABŞ-ın regionla bağlı siyasətləri ilə İranın siyasətləri arasında böyük fərqin olduğunu bildirən Ayətullah Xamenei bildirib ki, ABŞ Livan müqavimətini terrorçuluqda ittiham edir. Amma, uşaq qatili olan sionist rejimini himayə edir. Belə bir siyasət yürüdən ilə necə müzakirə etmək olar?

AyətullahXamenei həmçinin, ABŞ rəsmilərinin son nüvə müzakirələrinin ardınca rəcəz oxumaları barədə də deyib ki, həqiqət başqa şeydir. "Onlar öz xalqlarına həqiqəti demirlər. Əgər İranın təslim olduğunu iddia edirlərsə, onlar bunu yalnız yuxuda görə bilərlər. İslam İnqilabının əvvəlindən indiyə kimi Amerikada 5 prezident İranın təslim olmasını görmək arzusu ilə ölüblər, yada sərgərdan olublar."

Ayətullah Xamenei bildirib ki, dünyanın iqtisadi baxımdan ən böyük 6 ölkəsi İranı nüvə sənayesinə malik olmaqdan məhrum etmək məqsədi ilə davam edən 12 illik çəkişmələrin ardınca, bu gün bir neçə min sentrifuqanın öz fəaliyyətini davam etdirməsi ilə razılaşmağa məcbur olub. "Onlar İranda nüvə sənayesi və elminin inkişaf etdirilməsi prosesinin davam etməsi ilə razılaşmağa məcbur olublar. Bu, İran xalqının iqtidarının nişanəsidir."

Ayətullah Xamenei sonda ABŞ prezidentinin İran ordusunu məhv edə biləcəyi barədəki son sözlərinə işarə edərək, bildirib ki, İran heç bir müharibəni başlayan tərəf olmayacaq. Amma, daha yaxşı dərk etmək və öz təcrübələrindən düzgün formada istifadə etmək istəyirlərsə, bilməlidirlər ki, müharibəni məğlub kimi tərk edəcək tərəf, cinayətkar Amerika olacaq. /

Google+ WhatsApp ok.ru