Ayətullah Xamenei: Vəhdət və birlik İslam Dünyasının şəfaverici resepti

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün ölkə rəsmiləri, İslam ölkələrinin Tehrandakı səfirləri və müxtəlif təbəqədən olan insanlar ilə görüşüb. 
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei  vəhdət və birliyi İslam Dünyası üçün şəfaverici resept adlandırıb və hazırda regionda cərəyan edən məzhəblər və tayfalararası toqquşmaların, müsəlman xalqların diqqətini sionist rejimdən yayındırmaq məqsədilə planlaşdırıldığı və icraya qoyulduğunu bildirib. 
Ayətullah Xamenei bildirib ki, İran İslam Respublikasının regionla bağlı siyasətləri ABŞ başda olmaqla hegemonçuluq quruluşunun regionla bağlı siyasətlərinin tam qarşı və müqabil tərəfində dayanır  və İran heç bir vəchlə Amerikaya etimad etmir. Çünki, amerikalı siyasətçilər tam sədaqətsiz və insafsızdırlar. 
Ayətullah Xamenei  Fitr bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edərək, İslam Dünyasının üzləşdiyi təəssüf doğuran vəziyyətə, birlik və vəhdətin olmamasına toxunub. "Hazırda regionda mövcud olan təfriqə və ixtilaflar qeyri-təbii və zorla qəbul etdirilmişdir. Buna görə də, İslam Dünyası alimləri, ziyalıları, dövlət rəsmiləri, siyasətçiləri və istedadlı şəxsləri bu ixtilafların və təfriqələrin arxasında duran İslam Ümməti düşmənlərinin varlığından agah olmalıdırlar. Baş verən hadisələrin qeyri-təbii olmasının səbəblərinə gəlincə region ölkələrində şiələr və sünnilərin uzun illər bir-birinin kənarında dinc yaşama malik olmasıdır.  Əgər İslam Ümməti birliyə malik olsaydı və ortaqlıqlara təkid etsəydi, şübhəsiz dünya siyasətində özünəməxsus bir qüdrətə çevrilərdi. Amma, böyük qüdrətlər öz maraqlarını və sionist rejimi qorumaq üçün bu ixtilafları İslam Ümmətinə qəbul etdiriblər."
Ayətullah Xamenei bəzi islam dövlətlərinin sionist rejimə qarşı simpatiya bəsləməsinə rəğmən, müsəlmanlar arasında bu rejimə qarşı olan nifrətin olduğunu bildirib və deyib ki, hegemonçu qüdrətlər bəzi islam dövlətlərinin daxilində mövcud olan ləyaqətsiz insanlar ilə əlaqələr yaradaraq, müsəlman xalqların diqqətini sionist rejimdən yayındırmaq məqsədi ilə məzhəblərarası müharibələri planlaşdırdılar, əl-Qaidə və İŞİD kimi cinayətkar dəstələr vasitəsilə icraya qoydular. /

 

Google+ WhatsApp ok.ru