Ayətullah Sistani İraqla həmsərhəd dövlətləri öz sərhədlərini bağlamağa çağırdı

Ayətullah Seyid Əli Sistani İraqla həmsərhəd olan bir neçə dövləti öz sərhədlərindən İŞİD terrorçularının İraqa daxil olmaqlarına mane olmağa çağırış edib. Ayətullah Sistani sözügedən dövlətləri öz sərhədlərini İŞİD terrorçuları üçün bağlamağa çağırıb.
 
Ayətullah Sistani vurğulayıb ki, bu  dövlətlər öz sərhədlərini tamamilə İŞİD terrorçuları üçün bağlaya bilərlər və bununla onların İraqa daxil olmaqlarına mane ola bilərlər. Ayətullah Sistani bununla yanaşı digər dövlətləri İraq ordusunun İŞİD terror qruplaşmasına qarşı daha da effektiv mübarizə aparmağı üçün, bu ölkəyə silah ixracını artırmağa çağırıb./Ddeyerler

Google+ WhatsApp ok.ru