Ayətullah Xamenei tanınmış alimin vəfatı münasibəti ilə baş sağlığı verdi

Ali Lider Ayətullah Seyyid Əli Xamenei  Qum Elmi Hövzəsinin müəllimi, Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı münasibəti ilə baş sağlığı verib. 

Maide.az xəbər verir ki, baş sağlığı müraciətində bildirilir: Təqvali alim mərhum Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı münasibəti ilə onun ailəsinə xüsusi ilə övladı höccətül-islam Hacı Şeyx Məhəmməd Həsən Qərəhiyə baş sağlığı verirəm.  O mərhum pak və təqva ilə dinə və elmə xidmət edib. Uzun illər Nəcəf və Qum şəhərlərində İmam Xumeyni (rə) yanında olub. Ona vəfadar və səmimi dost kimi mənim yaddaşımda qalıb. Ona mütəal allahdan rəhmət, məğfirət və uca məqam diləyirəm. 

Qeyd edək ki,  Ayətullah Qərəhi Qum dini elmi hövzəsinin tanınmış ustadlarından olub. O İmam Xumeyni (rə) şagirdlərindən olub. Ötən gün 81 yaşında vəfat edib. Ayətullah Qərəhinin dəfn mərasimi bu gün Qum şəhərində keçirilib. Dəfn mərasimində din xadimləri, Ali liderin nümayəndəsi, dövlət rəsmiləri və əhali iştirak edib.   /

 

Google+ WhatsApp ok.ru