Ayətullah Xamenei: Həcc İslam Ümmətinə aiddir və İslamın davamına zamindir

Ali Lider Ayətullah  Seyyid Əli Xamenei şənbə günü həcc üzrə məsul şəxslərlə görüşdə buyurub ki, Həcc təkcə iranlılara aid deyil; həcc İslam Ümmətinə aiddir və İslamın davamına zamindir.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei  əlavə edib ki, Böyük həcc fərizəsi İslam Ümməti üçün özəlliklərə malikdir ki, heç bir digər fərizə ona malik deyil.
Ayətullah Xamenei həcci İslam Ümmətinin birliyi və əzəməti amili adlandıraraq, vurğulayıb ki, İran xalqının böyük həcc konqresində birlik yaradan təcrübələrinin ötürülməsi İslam Ümmətinin daha artıq həmrəyliyi və qüdrətinə səbəb olacaq. 
Ayətullah Xamenei həccin ictimai cəhətinin şərhində bütün irqi, məzhəbi, mədəni və zahiri fərqləri ilə xalqların eyni zamanda Məkkə və Mədinədə iştirak etmələrini Həccin  İslami birlik üçün real fürsəti və təzahürüdür.
Ayətullah Xamenei müxtəlif üsullarla, o cümlədən milliyyət anlamını böyütməklə İslam Ümmətinin həqiqəti və önəmini əhəmiyyətsiz göstərməyə çalışan kəsləri tənqid edib və bildirib ki, Həcc dünya müsəlmanlarının öz həmrəylik, yekdillik və dərdləşmələri üçün son dərəcə böyük fürsət və İslam Ümmətinin təşkilindən mənalı bir nümunədir.
Ayətullah Xamenei İran xalqının düşmən tanıma, düşmənə etimad etməmə və dostu düşmən ilə səhv salmamaq üzrə təsirli və faydalı təcrübələrinə toxunub və bildirib ki,  İran xalqı başa düşüb ki, dünyanın zalım qüvvələri və sionizm İslam Ümmətinin həqiqi düşmənləridirlər və buna görə, bütün böyük milli və islami toplantılarda Amerika və sionizmə qarşı şüar səsləndirirlər.
 Ayətullah Xamenei bəzi islami qrupların bəzi ölkələrdə hakimiyyətə gəlmələrinin uğursuz təcrübəsinə işarə edərək, vurğulayıb ki,onlar İran xalqının əksinə olaraq, dost ilə düşmənin yerini səhv salıblar və onun zərbəsini də alıblar.
Ali Lider əlavə edib ki, dünyanın zalım qüvvələrinin maliyyə dəstəyi hesabına Amerika, Avropa, işğal olunmuş Fələstində, eləcə də asılı ölkələrdə onlarla fikri və siyasi mərkəz İslam və şiəliyi araşdırmaqdadır ki, İslam Ümmətinin oyadıcı və qüdrətyaradıcı amilləri ilə mübarizə yollarını aşkarlayaraq, həyata keçirsin.
 Ayətullah Xamenei bəzi ölkələrdə məzhəbi, siyasi və hətta partiya bəhanələri ilə gedən daxili toqquşmaları birlik nemətinin qədrinin bilinməməsinin nəticəsi adlandırıb və deyib ki,  əgər bir xalq birlik və yekdilliyin qədrini bilməzsə, ixtilaf və qarşıdurmaya düçar olacaq.
Ali Lider həmçinin həccin keçirilməsi üzrə səyi ən əzəmətli məsuliyyətlərdən adlandırib.  /

Google+ WhatsApp ok.ru