Ayətullah Xamenei prezident Ruhani və hökumət üzvlərini qəbul edib

 Ali Lider Ayətullah Seyyid Əli Xamenei  prezident Həsən Ruhani və hökumətin kabinet üzvlərini dövlət həftəsi münasibəti ilə qəbul edib.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei görüşdə İİR xalqı və ölkənin məsul şəxslərinin , düşmənlərin fitnələri qarşısında ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb.
Məlumata görə, Ayətullah Xamenei görüşdə  İranla Altılıq ölkələrin nüvə danışıqlarını mühüm hadisə adlandırıb və İranda düşmənlərin nüfuzunun qarşısının alınması üçün xalqın ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.
Ayətullah Xamenei İran və inqilab düşmənlərinin düşmənçiliklərinin davam etməsindən nigaran olduğunu və əhəmiyyətsiz məsələlərdən çəkinmənin vacibliyini vurğulayıb. 
Ayətullah Xamenei İran xalqından yekdil olmalarını istəyib və ölkədə elmi prosesin sürətləndirilməsini istəyib.  Ayətullah Xamenei İmam Xomeyni (r.ə) həzrətləri və İslam İnqilabının prinsip və şüarlarının üsulu əsasında mədəniyyət sahəsinin inkişafından danışıb. 
Ali Lider  həmçinin İranın 11-ci hökumətindən ölkədə inflyasiya səviyyəsinin azalması və nisbi sabitlik və iqtisadi stabilliyin bərqərar edilməsi yolundakı səylərinə görə təşəkkür edib.
Ayətullah Xamenei İranın o zamankı prezidenti şəhid Məhəmmədəli Rəcayi və baş nazir şəhid Məhəmmədcavad Bahünərin şəhadət günlərinin Dövlət Həftəsi adı ilə keçirilməsini  o iki şəhidin rəftarı, fikri və şəxsiyyətinin yaşamasının göstəricisi adlandırıb. 
Qeyd edək ki, İran təqvimində yer almış Dövlət Həftəsi 33 il öncə Tehranda baş nazirin iqamətgahında baş vermiş terror hadisəsində öldürülən prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahünərinin xatirələrini anmaq üçün keçirilir. / 

Google+ WhatsApp ok.ru