Ayətullah Məkarim Şirazi: `Qərb mədəniyyətinin müsəlmanların mediasını nəzar altına alması çox təhlükəlidir`

Maide.az xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi qərb mədəniyyətinin müsəlmanların mediasını nəzarət altına almasının son dərəcə təhlükəli olduğuna diqqət çəkərək belə deyib: "Qərb mədəniyyətinin mediamıza nüfuzuna yol verməyək və onların təsiri altına düşməyək. Çünki bu günün dünyasında ilk və ən qəti söz mediaya aiddir.
 
Günümüz dünyasında media çox güclü bir vasitədir. Bundan çox yaxşı istifadə etmək lazımdır. Media vasitəsilə siyasi, sosial və əxlaqi problemlərin bir çoxu aradan qaldırıla və ya azaldıla bilır. Bu gün media vasitəsi ilə dünyada haqqpərəst xalqlara edilən zülmlər insanlara çatdırılır. Yəni media məzlumların səsidir."

Google+ WhatsApp ok.ru