Ayətullahil-üzma Nuri Həmədanin Azərbaycana səfəri başa çatıb

İran İslam Respublikasının Azərbaycandakı  səfiri Möhsün Pakayin görkəmli din alimi Ayətullahil-üzma Nuri Həmədanin Azərbaycana səfərinin sonunda açıqlama verərək Azərbaycanın dövlət rəsmiləri və xalqına Ayətullahil-üzma Nuri Həmədanini layiqli şəkildə qarşıladıqları və ev sahibliyi etdiklərinə görə öz təşəkkürünü bildirib.
Maide.az xəbər verir ki, Səfir bildirib ki, “Ayətullah Nuri Həmədani Azərbaycan Respublikasına səfərini Allahın böyük lütfkarlığı adlandırmış, Azərbaycanın gözəl və səmimi xalqı və möhtərəm ruhaniləri ilə görüşündən razı qalmışdır”.
Möhsün Pakayin Qafqaz regionunda böyük din alimləri və müctehidlərin olduğunu qeyd edərək bildirib ki, “Azərbaycanın Lənkəran, Cəlilabad, Gəncə və Bakı kimi şəhərlərində böyük din alimləri və müctehidlər yaşamışdır. Lakin bu ölkə öz müstəqilliyini əldə etdikdən sonra Ayətullah Nuri Həmədani Azərbaycana təşrif gətirmiş ilk mərcəyi-təqlid alimi sayılır”.
Səfir sözünün davamında böyük mərcəyi-təqlid alimləri, xüsusilə də İmam Xomeyni (rə) və İran İslam İnqilabının böyük rəhbərinin həqiqi İslamı dünyaya çatdırmaqda olan roluna işarə edərək bildirib ki,  “Azərbaycanın şiələri də hər zaman mərcəyi-təqlid alimləri və ruhanilərə etimad göstərmiş, müctehidlər və mərcəyi-təqlid alimlərinin onların yanında olmasının bir çox fayda və xeyir-bərəkətlərə səbəb olacağına inanırlar. Hər iki ölkə bu fürsətin qədrini bilməli və dini sahədə fəaliyyət üçün mövcud olan münasib şəraitdən İslam birliyinin möhkəmlənməsi, İslamofobiya və təkfirçiliklə mübarizə sahəsində yetərincə istifadə etməlidir”.
Möhsün Pakayin şiə mərcəyi-təqlid alimlərinin tarix boyu xalq kütləsi üçün qayıdış yeri olaraq azğınlıqlar qarşısında dayandığına toxunaraq bildirib ki, “Qafqaz alimləri və müctehidləri uzun illər boyu anti-din Kommunizm rejimi qarşısında dayanaraq mübarizə aparmış və şəhid olmuşlar. Bu regionun xalqı İslamın yenidən dirçəlişini mərcəyi-təqlid və din alimlərinin fəaliyyəti sayəsində görür və bu baxımdan Ayətullah Nuri Həmədaninin Azərbaycana səfərinə xüsusi əhəmiyyət verirlər”. /

Google+ WhatsApp ok.ru