Ayətullah Xamenei: İranın xarici siyasətinin əsasını islami və region ölkələri ilə hərtərəfli əlaqələrin inkişafı təşkil edir

Ali Lider Ayətullah Seyyid Əli Xamenei  Qırğızıstan prezidenti Almaz bay Atambayevlə görüşdə İran İslam Respublikasının xarici siyasətinin əsasını islami və region ölkələri ilə hərtərəfli əlaqələrin inkişafı təşkil etdiyini bildirib.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei şənbə günü Qırğızıstan prezidenti Almaz bay Atambayevlə görüşdə vurğulayıb ki, İran İslam Respublikasının xarici siyasətinin əsası, islami və region ölkələri ilə  hərtərəfli əlaqə və bağlılıqların artırılmasıdır.
Ayətullah Xamenei görüşdə zorakı qüdrətlərin zorakılıqları ilə müxalifət etməyi  ilahi və islami bir prinsip adlandırıb və deyib ki, hegemonçu və təcavüzkar qüdrətlər daim bütün dünya xalqlarına qarşı fitnə törədirlər, amma İslam müsəlman xalqların başıucalığını istəyir və  zorakılıqlarla  mübarizə və onun dəf olunmasının yeganə yolu, islami ölkələrin əlaqələrinin gücləndirilməsi və müqavimətidir. 
Ayətullah Xamenei həmçinin iki ölkənin həmkarlıqlarının müxtəlif sahələrdə arıtırılmasını mümkün və möhkəm bağlılıqların yaradılması üzrə iradədən asılı olduğunu  bildirib.
Qırğızıstan prezidenti də  görüşdə Tehran səfərindən fərəh hissi duyduğunu bildirərək, deyib ki, İran və Qırğızıstan müştərək din, tarix və mədəniyyətə malik iki qardaş xalqdır və hər iki xalqda azadlıq və istiqlalsevrlik mövcuddur.
Qırğızıstan prezidenti Manas məntəqəsində Amerikanın hərbi bazasının bağlanmasına və həmin ölkə ilə həmkarlıq müqaviləsinin ləğvinə toxunaraq, deyib ki, dünyada heç bir ölkənin özünü başqasından yuxarı saymağa və başqa ölklərə qarşı zalımcasına sanksiyalar tətbiq etməyə ixtiyarı yoxdur. /
 

Google+ WhatsApp ok.ru