Ayətullah Xamenei Minada baş verən faciə ilə bağlı İranda 3 gün matəm elan etdi

 
Bu gün  Minada minlərlə zəvvarın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar Ali Lider Ayətullah Seyyid Əli Xamenei başsağlığı verib.
Maide.az xəbər verir ki, başsağlığı mesajının mətni belədir:
"Bismillahir-rəhmanir-rəhim.  Bu gün Minada baş verən müsibətli faciədə dünyanın müxtəlif ölkələrindən Allah yolunda mühacir olan möminlərin ölümü xəbəri İslam Dünyasında böyük bir kədər yaratdı və onların bayramını əzaya çevirdi. Bizim ölkəmizdə də onlarla vətəndaş öz əzizlərinin həccdən geri dönəcəyni gözləyirdilər, lakin indi onlar üçün matəm saxlayırlar.  Mən  kədər dolu bir ürəklə, hadisə qurbanlarının ailələrinin dərdinə şərik oluram. Bu faciə münasibəti ilə ilk öncə Həzrət Rəsul Əzəmə (s)  və daha sonra əsas əza sahibi olan Həzrət Sahibəz-Zəman Vəliyullahul Əzəmə  (ərvahuna fədah) , İslam Dünyasında bu faciə ilə bağlı əza saxlayan şəxslərə xüsusi ilə İranlı ailələrə başsağlığı deyirəm.  Bağışlayan, rəhim və şəkur olan Allahdan bu dəyərli qonaqlar üçün rəhmət və faciədə yaralananlar üçün  şəfaye acil diləyirəm və qeyd edirəm ki: 
1. Mənim nümayəndələrim və Həcc Təşkilatının rəsmiləri hadisədə  canlarını itirən şəxslərin kimliyinin müəyyən edilməsi, yaralıların müalicəsi, onların ölkəyə göndərilməsi və əhaliyə doğru xəbərləri çatdırılmasında var gücləri ilə çalışsınlar. Necə ki, bu gün bütün günü bununla məşğul idilər, davam etdirsinlər və onlara yardım edə biləcək bütün şəxslər köməklərini əsirgəməsin.  
2. Digər ölkələrdən olan bütün hacılara əllərindən gələn yardımları etsinlər və İslam qardaşlığı haqqını yerinə yetirsinlər. 
3. Səudiyyə dövləti bu acı hadisə ilə bağlı öz ağır məsuliyyətini qəbul etməyə borcludur və onun haqqını ədalət və insafla əməl etməlidir. Bu faciənin baş verməsinə səbəb yalnış idarəetmə və bəyənilməz hərəkətlərdir ki, bunlara diqqət etmək lazımdır. 
4. Bu hadisədə canlarını itirən şəxslər inşaəllah Quranın bu nurani ayəsinin buyuduğu kimidirlər :
«و من یخرج من بیته مهاجرا الی الله و رسوله ثم یدرکه الموت فقد وقع اجره علی الله»
ki,bu hadisə qurbanlarının ailələri üçün böyük təsəllivericidir:  (Ayənin tərcüməsi: .... Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.)
Onlar  təvafdan, səy, ərəfat və məşər ainlərini yerinə yetirdikdən sonra və həcc əməllərini yerinə yetirərkən öz məbudlarının görüşünə tələsiblər və inşaəllah Allahın xüsusi rəhmət və lütfü onların halına şamil olacaq.  Mən bir daha başsağlığı verərək ölkədə 3 gün ümümxalq matəm elan edirəm." 
 
والسلام علی عباد الله الصالحین
Ali Lider Seyyid Əli Xamenei /
 

Google+ WhatsApp ok.ru