Ayətullah Xameneyi: `Səudiyyə Mina faciəsinə görə üzr istəməlidir`

İslam Dünyası bu barədə bir çox suallara malikdir və Səudiyyə Ərəbistan hökmranları günahı başqalarının boynuna atmaq yerinə, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəyərək, bu ağır hadisədəki məsuliyyətlərini qəbul etməlidirlər. Bu sözləri Ali Lider Ayətullah Seyyid Əli Xamenei bazar günü xarici fiqh dərsinin əvvəlindəki çıxışında Minada baş vermiş kədərli hadisəyə toxunaraq deyib. 
Maide.az xəbər verir ki,  Ayətullah Xamenei deyib ki, Mina hadisəsi Qurban bayramını İslam Ümməti üçün matəmə çevirdi. " İnsan bir an belə, özünü bu qəmdən azad hesab edə bilmir və bu qəm son bir neçə gündə bizim qəlblərimizə və bütün müsəlmanların ürəklərinə ağırlıq edir."
Ayətullah Xamenei Səudiyyə Ərəbistan başçılarının günahı başqalarının boynuna atmaları, bu faciənin məsuliyyətini qəbul etməkdən boyun qaçırmalarını qeyri-düzgün və təsirsiz addım adlandıraraq, bildirib ki,  İslam Dünyasının bir çox sualı var və bu hadisədə mindən çox insanın həlak olması kiçik bir məsələ deyil, buna görə, İslam Dünyası bu məsələ barədə düşünməlidir.
Ayətullah Xamenei bildirib ki, bu hadisə unudulmayacaq və xalqlar ciddi surətdə onu izləyəcəklər və səudiyyəlilər də günahı başqalarının boynuna atmaq və onu-bunu ittiham etmək yerinə, öz məsuliyyətlərini qəbul edərək, İslam Ümmətindən və itki vermiş ailələrdən üzr istəməlidirlər. /
 

Google+ WhatsApp ok.ru