Ayətullah Xameneidən Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq

Həcc təhlükəsiz bir yer olmalıdır, görəsən, bu necə təhlükəsizlikdir ki, həcc mərasimi zamanı insanların həyatına qarşı zorakılıq edilir?  Bunu Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Nouşəhrin İmam Xomeyni(r.ə.) adına Dəniz Elmləri Akademiyasında İran Ordusunun gənc zabitlərinin məzunluq mərasimində çıxışı zamanı deyib. 
Maide.az xəbər verir ki, İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Ali Lİder Ayətullah Xamenei deyib ki,  Qurban və Qədir Xum bayramları günləridir, amma bugünkü cahilliklər bizim bayramımızı qanlı Mina hadisələri ilə matəmə çevirdilər.
Ayətullah Xamenei bildirib ki, bizim hacılardan bir neçə yüz nəfər məzlumcasına və onların bir qrupu teşnə (susuz) dünyadan getdi. “Bu hadisə barədə təhqiqat aparılmalıdır. İslam Dünyası və bizim ölkəmizdən olan nümayəndələrin iştirakı ilə hadisənin səbəbinin araşdırılması üçün faktaraşdırıcı qrup yaradılmalıdır”
Ayətullah Xamenei bildirib ki, Səudiyyə Ərəbistan hadisədə yaralanmış insanlarla bağlı öz vəzifəsini dügün yerinə yetirmədi, hadisə qurbanlarının cənazələrinin ölkəyə gətirilməsində də problemlər qalır. 
Ayətullah Xamenei deyib ki, İranın məsul şəxsləri səy göstərirlər lakin Ərəbistan rəsmiləri öz vəzifələrini yerinə yetirmir və bəzi vaxtlar əngəllər törədir.  
Ayətullah Xamenei deyib ki, Səudiyyə Ərəbistan Minadakı qurbanların cənazələrinin ölkəyə gətirilməsində öz vəzifəsinə əməl etmir. “İran İslam Respublikası indiyədək təmkinli davranıb və İslam dünyasında qardaşlıq hörmətini saxlayır. Amma bilsinlər ki, Məkkə və Mədinədə  on minlərlə iranlı zəvvara qarşı ən kiçik hörmətsizlik olunarsa və hadisə qurbanlarının cənazələrinin ölkəyə gətirilməsinə əngəl törədilərsə, bu İranın sərt reaksiyasına səbəb olacaq.”
İran İslam Respublikası zülm əhli deyil, lakin heç kəsin zülmünü də qəbul etmir. “İran müsəlman və qeyri-müsəlman xalqların və insanların hüquqlarını pozmur, ama əgər kimsə İran ölkəsinin və xalqının haqqına əl uzadarsa ona sərt cavab verir. Allahın lütfü ilə buna gücü də çatır və İran xalqı güclü və dayanaqlıdır”. 
Ayətullah Xamenei həmçinin dərin iman, şücaət və biliyi silahlı qüvvələrin mahiyyətinin təşkilində üç ən önəmli  ünsür olduğunu vurğulayıb və bildirib ki, əgər silahlı qüvvələrdə iman olmazsa, zəifi öldürmə əhval-ruhiyyəsi yaranar. 
Ayətullah Xamenei Yəməndə ictimai məkanları bombardıman etməyi zəifi öldürmə  və silahlı qüvvənin şücaət əhval-ruhiyyəsinin olmamasına nümunə göstərib və İran Silahlı Qüvvələrinin gənclərinə elmi-tədqiqat, araşdırma təşəbbüsü, eləcə də iman və şücaəti gücləndirməyi tövsiyə edib.
Ayətullah Xamenei bildirib ki, İran xalqı sübut etdi ki, dünyanın zalım qüvvələri qarşısında müqavimətli, agah, uzaqgörən, həmçinin bəşəriyyət və öz mahiyyətinə hörmət bəsləyəndir.”Dünyanın zalım qüvvələri qarşısında dayanmaq bəşəriyyətə və bütün xalqlara hörmətdir.” /
 
 

 

Google+ WhatsApp ok.ru