Ayətullah Xameneinin `Fələstin` kitabı Netanyahunun əlində - Foto

İşğalçı İsrailin qondarma baş naziri sionist Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı Ali Lider Ayətullah Seyid Əli Xameneinin "Fələstin" adlı kitabı haqda danışıb... Netanyahu bu dəfə rəsm çəkmək əvəzinə özü ilə kitab gətirib ki, məsələn İranın işğalçı rejimə qarşı baxışını dünya ictimaiyyətinə çatdırsın. 
Maide.az xəbər verir ki, "Fələstin" kitabı Ali Lider Ayətullah Xameneinin Fələstin mövzusunda cümə namazı xütbələr toplusdur. 8 fəsildən ibarətdir  -  ümumi , qələbələr və məğlubiyyətlər,  məsuliyyətər, cinayətlər, çıxış yolları, qəhrəmanlar, aydınlaşmalar və  parlaq gələcək başlıqları kitabın fəsillərini təşkil edir.  
Qeyd edək ki, Ali  Lider Ayətullah Xameneinin nüvə silahının istehsal və istifadəsini haram bildiyinə dair hökmunun olmasına rəğmən 2012-ci ildə də işğalçı rejim baş naziri Netanyahu BMT-nin Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı sessiya iştirakçılarına əlindəki bomba rəsmini nümayiş etdirib və İranın nüvə proqramına harada "qırmızı xətt" çəkilməli olduğunu göstərmişdi.  /
 
 
 

 

Google+ WhatsApp ok.ru