Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi

Ali Lider Ayətullah Seyyid Əli Xamnei Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 630 nəfərin əfv olunması barədə fərman imzalayıb.
Maide.az xəbər verir ki, bu barədə Ali Liderin rəsmi xəbər saytı məlumat verir. 
 
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
 
Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət etmişdi. Məktubda  630 məhbusun əfv edilməsi və ya cəzasının geridə qalan hissəsinin bağışlanması xahiş olunurdu. Ayətullah Xamenei məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. /

Google+ WhatsApp ok.ru