Ayətullah Xamenei Həcc Təşkilatının rəhbərliyi və əməkdaşları ilə görüşüb - FOTO

Ayətullah Xamenei bazar ertəsi günü, günorta saatlarında Həcc Təşkilatının rəhbərliyi və əməkdaşları ilə görüşüb.  
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei  zəvvarları qəbul edən ölkənin 7 min müsəlmanın ölümü ilə bağlı məsuliyyətini xatırladaraq, deyib ki, bu hadisədən sonra İslam dünyasının vahid səsi və etirazı ucalmalı idi, lakin təəssüflər olsun ki, İİR-dən başqa heç kəsin səsi çıxmadı və hətta ölənlər arasında öz vətəndaşlarının da olduğu bəzi dövlətlər bu faciə qarşısında nəzərəçarpacaq etiraz etmədilər.
 
Ali Lider Ayətullah Xamenei  çox acı və dramatik Mina hadisəsini Allahın imtahanlarından biri hesab edərək, belə bir böyük müsibət qarşısında dövlətlərin, xüsusilə də Qərb dövlətlərinin və dırnaqarası insan hüquqlarının müdafiəsi təşkilatlarının susmasını tənqid edib.
Ayətullah Xamenei bildirib ki, bu hadisə əsla unudulmamalıdır və ölkənin Xarici İşlər Nazirliyi, eləcədə Həcc Təşkilatı məsələnin ciddi araşdırılması ilə məşğul olmalıdır. “Xarici siyasət İdarəsi və Həcc Təşkilatı Mina hadisəsinin ciddi araşdırılması ilə məşğul olsun.”
 
Ali lider hadisənin əhəmiyyətini çatdırmaq və bir daha belə hadisələrin təkrarlanması yollarının araşdırılması üçün bu məsələnin araşdırılması və dövlətlər danışıqların aparılmasını ölkə rəsmilərinin, xüsusən XİN-in mühüm vəzifələrindən adlandıraraq, bildirib ki, hadisə onu göstərir ki, bu faciə zəvvarlara ev sahibliyi edən ölkənin səhlənkarlığı nəticəsində baş verib, amma hər bir halda, bu siyasi bir məsələ deyil, minlərlə müsəlmanın ibadət və Həcc ayinlərini yerinə yetirdiyi bir vaxtda ehram libası ilə həyatlarını itirməsidir. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır./
 
 
 

Google+ WhatsApp ok.ru