Ayətullah Nimrə verilən edam hökmü qüvvәdә qaldı

Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrə verilən edam hökmü qüvvәdә qalıb.
 
Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrin qardaşı Məhəmməd Əl-Nimr qardaşına əvvəlki məhkəmələrdə verilən edam hökmünün Səudiyyə Ərəbistanı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq olunduğunu deyib.
 
Məhkəmənin çıxardığı qərar Səudiyyə Ərəbistanı daxili işlər naziri və vəliəhd şahzadə Məhəmməd bin Naif bin Əbdüləziz Əl-Səuda göndərilib. Order Daxili İşlər Nazirliyində təsdiq edildikdən sonra Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səuda göndəriləcəkdir.
 
Edam hökmünün həyata keçirilməsilə bağlı məhkəmənin çıxardığı qərar icra olunması üçün Səudiyyə Ərəbistanı kralı tərəfindən təsdiqlənməlidir.
 
Əgər Səudiyyə kralı tərəfindən məhkəmənin qərarı təsdiqlənərsə, Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Nimr Baqir Ən-Nimrə verilən edam hökmünün icrası heç bir xəbərdarlıq edilmədən Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.
 
Ayətullah Nimr ilk dəfə 2006-cı ildə və daha sonra 2008-ci ildə həbs olunmuşdur. Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri Bəhreyndən qayıdarkən və Qurani-Kərimlə bağlı beynəlxalq konfransa qatıldığı üçün onu həbs etmişdilər.
 
Ayətullah Nimrin ittihamnaməsində "Səudiyyə Ərəbistan rəhbərliyindən Bәqi qəbiristanlığının əvvəlki vəziyyətinin bәrpası, cəfəri məzhəbinin rəsmən tanınması və faktiki olaraq Səudiyyə Ərəbistanında hakim olan (vəhhabi) təhsil və tədris üsullarının dəyişdirilməsini tələb etdiyi" söylənilir. Ayətullah Nimr sonuncu dəfə 2012-ci ildə həbs olunub./
 

Google+ WhatsApp ok.ru