Ayətullah Sistaninin infarkt keçirməsi haqda yayılan xəbərlər təkzib olundu

Şiələrin mərce-təqlidi Ayətullah Sistaninin İraqın Nəcəf şəhərindəki dəftərxanasından bazar ertəsi günü bəyanat yayaraq, bu görkəmli dini alimin infarkt keçirməsi haqda yayılan xəbərləri təkzib edib.
Maide.az xəbər verir ki, bəyanatda deyilir: "O özünü çox yaxşı hiss edir və son günlər ərzində də həmişəki kimi normal və günəlik fəaliyyətini davam edib, hətta insanlarla  görüşüb və müxtəlif şəxsiyyətləri qəbul edib. Buna görə, KİV-lər xəbər buraxılışında daha diqqətli olsunlar və virtual aləmdə yayılan hər bir şayiəyə əsaslanıb xəbər dərc etməsinlər."
Bir sıra mətbuat orqanları yalan xəbər yayaraq, son günlərdə Ayətullah Sistaninin bəzi nazirləri qəbul etməməsini onun infarkt keçirməsi səbəbi ilə əlaqələndiriblər.
Qeyd edək ki, Ayətullah Sistani son bir neçə gündə onun görüşmək istəyən bir sıra iraqlı nazirləri qəbul etməyib. Bu addımdan sonra, bir sıra KİV-lər yalan xəbər yaymaqla, iddia ediblər ki, Ayətullah Sistani infarkt keçirdiyi üçün bəzi nazirləri qəbul etməyib. /
 

Google+ WhatsApp ok.ru