Ayətullah Xamenei: Bu gün dünyaya hakim kəsilən təbliğat mühitində reallıqlar təhrif edilir

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün səhər Macarıstan baş naziri Viktor Urbanla görüşüb. 
Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Xamneyi iki ölkə arasında əlaqələrin və əməkdaşlığın müxtəlif sahələrinə toxunaraq, İran İslam Respublikasının məntiqinin xalqlarla əməkdaşlıq etmək olduğuna vurğulayıb və bildirib ki, Macarıstan hökümətinin yürütdüyü “Asiyaya baxış” siyasəti düzgün siyasətdir və əməkdaşlığın genişlənməsinə təkan verə bilər. 
Ayətullah Xameneyi İranla Macarıstan arasındakı iqtisadi və qeyri-iqtisadi əlaqələrin qənaətbəxş olmadığına diqqət çəkərək, bildirib ki, İran xalqı Macarıstana qarşı hər-hansı bir xoşagəlməz hiss keçirmir və sizi müşayiət edən nümayəndə heyətinin kifayət qədər yüksək səviyyəli rəsmilərdən ibarət olduğunu nəzərə alaraq, ümid edirik ki, siyasi iradə olduğu təqdirdə, bu səfər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin başlanğıcı ola bilər. 
O, İran İslam Respublikasının məntiqinin bütün insanlarla və xalqlarla əməkdaşlıq etmək olduğunu bildirərək, deyib: Əlbəttə ki, konkret səbəbləri olan istisna hallar var, ancaq bu konkret hallar istisna olmaqla, biz nəcib duyğulara və siyasətə səmimi hisslərlə cavab veririk. 
Ayətullah Xamenei, əməkdaşlığın əsası kimi xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın vacibliyi barədə Macarıstan baş nazirinin sözlərini təsdiq edərək, vurğulayıb: İqtisadi, elmi, təhsil və mədəni əməkdaşlığın və mübadilənin qurulması üçün baza konfiqurasiyası və strukturu yaradılmalıdır. 
O, bir çox düşmənçiliklərin və intiqamın qaynağının düzgün və qarşılıqlı anlaşma olmaması ilə əlaqələndirərək, deyib: Bu gün dünyaya hakim kəsilən təbliğat mühitində reallıqlar təhrif edilir və bu bulanıq atmosferlər insanlığın və bəşəriyyətin zərərinə bitir. 
Ali lider İran İslam Respublikası tərəfindən İslam və Xristian dünyası arasında yaxşı və mehriban dialoqun aparıldığına toxunaraq, qeyd edib: “Ortaq cəhətlərin genişləndirilməsi və həqiqətlərin aydınlanması” düzgün anlaşılmanın yaradılması və İslamın göstərişlərindən biridir.
 O həmçinin bildirib: “Mütəfəkkirlər arasında dialoq və görüşlərin keçirilməsi” həqiqətə və onun aydınlanmasına xidmət edir və buna görə, biz bu kimi fikir mübadilələrini alqışlayırıq.

Ayətullah Xamenei çıxışının davamında, Qərbin iqtisadi, müdafiə sahələrində qənaətbəxş şəraitdə olmadığı və orda mənəvi böhranların və mədəni problemləron olması ilə bağlı Macarıstan baş nazirinin dəyərləndirmələrini peşəkarcasına və reallığa yaxın qiymətləndirərək, deyib: Bir sıra simpatik qərb mütəfəkkirləri illərdir ki bu təhlükəni sezərək, bu haqda xəbərdarlıq ediblər.

Ayətullah Xamenei sonda vurğulayıb: Amma, hal-hazırda həm Avropada və həm ABŞ-da gənclərin iştirakı ilə sakit və incə bir mənəvi artım formalaşmaqdadır və gələcəkdə də Avropa “maddi, elmi və texnoloji” tərəqqi ilə “mənəviyyat” arasında sinxronluq yaratmağa nail ola bilər. /

 
 

Google+ WhatsApp ok.ru