Ayətullah Sistani İrana təşəkkürünü bildirdi

Ayətullah Seyyid Hüseyni Sistani Ərbəin mərasimlərində zəvvarların təhlükəsizliyini təmin etdiyi üçün İrana təşəkkürünü bildirib.

Maide.az xəbər verir ki, Ayətullah Sistani bu mesajını Tehran meri Məhəmməd Baqir Qalibafla görüşündə səsləndirib. Görüş zamanı müsəlman dünyasında son baş verən hadisələr də müzakirə edilib.

Qeyd edək ki, bu il Ərbəin mərasimləri üçün İraqa 60 ölkədən 26 milyondan artıq zəvvar daxil olub. Onlardan 2 milyonu təkcə İranın payına düşür. Bununla yanaşı, İran Ərbəin zəvvarlarına xidmət etmək üçün 2000 nəfərdən artıq Əhli-beyt (ə) xidmətçisini İraqa yollayıb.

Xatırladaq ki, rəsmi açıqlamalara əsasən builki Ərbəin zəvvarlarının sayı 27 milyonu ötəcək. /

Google+ WhatsApp ok.ru