Ayətullah Nimrin tələbləri nə idi?

Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə Ərəbistanın şərqində Əl-Qətif şəhərində alim ailəsində dünyaya açmışdı. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanın böyük Əhli-beyt (ə) alimlərindəndir.
 
Maide.az xəbər verir ki, Ayətullah Nimr  Ərəbistan rejiminin Əhli-beyt (ə) ardıcıllarının öz ölkəsində təhsil almaq haqqı tanınmadığı üçün İslami təhsilini Suriyadakı Həzrəti Zeynəb Hövzəsində alır. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilir. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir.
 
Ərəbistana qayıtdıqdan sonra Əvamiyyə şəhərində "İmam Qaim (ə.f.)" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir.
 
Əvvəllər də dəfələrlə Səudiyyə rejimi tərəfindən həbs olunan və bir çox işgəncələrə məruz qalan Ayətullah Nimr Əhli-beyt (ə) ardıcıllarına rejimdə ikinci dərəcəli vətəndaş kimi davranmamalarını  istədiyi üçün haqqında həbs qərarı çıxarılıb. Həbs digər səbəb isə müqəddəs Bəqi qəbirisitanlığının vəziyyətinin ürək ağrıdan olması və dövlətin bura daha çox əhəmiyyət verməsinin vacibliyini vurğulamasıdır.
 
Ayətullah Nimr Səudiyyə rejimindən tələbləri nə idi?
 
- Ölkə əhalisinin 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarına ikinci dərəcəli vətəndaş kimi yanaşılmasın
 
- Onların öz dini təhsillərini öz ölkələrində almaq hüququ  tanınsın
 
- Əhli-beyt (ə) məzhəbi rəsmi bir məzhəb kimi qəbul edilsin, bu məzhəb mənsublarına dövlətə aid mediada və ya vəhhabi əqidəsi səlahiyyətlilər tərəfindən təhqir edilməsin
 
- Səudiyyə rejiminin Əhli-beyt (ə) ardıcılları ilə Əhli-təsənnün ardıcılları arasında fitnə və ixtilaf çıxarmaları üçün vəhhabi din xadimlərinə pul və dəstək verməyi dayandırsın.
 
- Sülhməramlı yürüşlərə icazə verilsin.
 
- Ölkədəki kasıb xalqın vəziyyəti  yaxşılaşdırılsın
 
- Əhli-beyt (ə) ardıcıllarının dövlət təşkilatlarında işləməsi şərait yaradılsın .
 
Qeyd edək ki, bu gün Səudiyyə rejiminin qərarı ilə Ayətullah Nimr edam edilərək şəhid edilib.  /
 

Google+ WhatsApp ok.ru