Ayətullah Xamenei cümə namazı xətibləri ilə görüşüb- FOTO

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün İranın imam cümələri və cümə namazı xətibləri ilə görüşdə çıxışında xalqı qarşıdan gələn parlament seçkiləri və Xobreqan Ekspertlər Məclisi seçkilərində aktiv iştirak etməyə çağırıb. 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, qarşıdan gələn İslam Şurası Məclisi seçkiləri və Xobrəqan Ekspertlər Məclisi seçkiləri önəmli seçkilərdir. “Seçkilər ölkə daxilində müstəqillik və kimlik hissini , regional və beynəlxalq səviyyədə isə İran və İslam quruluşunun etibarı və heysiyyətini gücləndirmiş olur.”
Ayətullah Xamenei amerikalıların qarşıdan gələn seçkilərə tamahkarlıqla yanaşdıqlarını xatırladıb və bildiirb: “Amerikalılar ictimaiyyəti İnqilabın məqsədlərindən uzaqlaşdırmaq və İranı öz məqsədlərinə yaxınlaşdırmaq istəyirlər. Amma, İranın müdrik və ayıq xalqı istər seçkilərdə, istərsə də digər məsələlərdə düşmənlərin istəklərinin əksinə rəftar edir.
Ayətullah Xamenei bildirib ki, qanuni mərkəzlər tərəfindən seçkilərin nəticəsi təsdiq edildiyi və elan olunduğu zaman, bu nəticələr ilə müxalifət etmək xalqın haqqına qarşı çıxmaq deməkdir. 
Ayətullah Xamenei əcnəbilərin ictimaiyyəti təhrik etmək, siyasi və media təbliğatı aparmaq, külli miqdarda vəsait ayırmaq, tələlər qurmaq və bir sıra digər metodlardan istifadə etmək kimi çox cəhətli səylərinə toxunub və bildiirb ki, Hamı əcnəbilərin "nüfuzu" qarşısında ayıq olmalıdır. “Əgər hər hansı bir ünsür ölkə sisteminə nüfuz edərsə, sistemin sütunlarını daxildən termitlər kimi çeynəyib zəiflədəcək. Nüfuzla bağlı ölkə vətəndaşlarını  kimisə təhqir etmədən  maarifləndirmək lazımdır”.
Ayətullah Xamenei İran xalqının 2009-cu ildə keçirilən prezident seçkilərindəki 40 milyonluq iştirakını xatırladıb və bilidirib ki, bəziləri 2009-cu ildə xoşagəlməz sözləri ilə İrana böyük zərər və ziyanlar vurdular . “İslam İnqilabı və İran xalqı ilə düşmən olanlar müxtəlif növlü fitnələrlə davamlı  şəkildə səy göstərirlər. Çünki, həqiqi İslam düşüncəsinin yayılmasını özlərinə qarşı təhlükə hesab edirlər. Həqiqi İslam təfəkkürü bir gül ətri kimi ətrafa yayılaraq, regionda və dünyada güclü və bacarıqlı insanlar yetişdirib. Buna görə də, İslam ilə müxalif olanlar bu gerçəkliyə qarşı çıxaraq, İslam Respublikasını siyasi və media təbliğatı bombardmanına hədəf seçiblər.”
Qeyd edək ki, İranda parlament seçkiləri fevral ayının 26-da keçiriləcək. /
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru