Ayətullah Xamenei: Bu gün bizim qarşımızda geniş düşmən cəbhəsi var-FOTO

Bu gün 1356-cı hicri-şəmsi ili, dey ayının 19-da (09.01.1977) Müqəddəs Qumda Mərcəi-Təqlid alimləri müdafiə ünvanında baş vermiş və tarixə QANLI QUM QİYAMI adı ilə düşmüş mübarizənin ildönümü münasibti ilə Tehranda Ali Lider Ayətullah Seyyid Əli Xamenei Qum əhalisini qəbul edib.
Maide.az xəbər verir ki,  Ayətullah Xamenei çıxışında bildirib ki, 19 dey hadisəsi heç vaxt köhnəlməyəcək.  “Bu hadisə İslam İnqilabının baş verməsinə şərait yaratdı və Qum xalqı İmam Xomeynini (rə) müdafiə etmək üçün vaxtında və şüurlu addım atdı”.
Ayətullah Xamenei əlavə edib ki, bu gün bizim qarşımızda geniş düşmən cəbhəsi var. “Sionist rejim başçılarından tutmuş, ABŞ...  təkfirçi terrorist qruplar, İŞİD. Onlar bütün diqqət və gücü ilə İslam İnqilabının güclənmiş ağacının kökünü  kəsmək üçün yollar axtarmaqdadırlar. Onlar var gücləri ilə çalışır ki, bu İslam İnqilabının davamlılığını məhv etsinlər. Biz  bütün gücümüzlə çalışmalıyıq ki, İnqilabın davamlılığı həmişəlik olsun.  İslam İnqilabının davamlılığı düşmən üçün təccüb doğurucu və çətindir. 2009-cu ildə (seçkilərdən sonra) baş verən hadisələr onların İslam İnqilabının əleyhinə etdiyi yeni cəhdlər idi. ABŞ-ın qəbul etmədiyi bir hökuməti devirmək üçün, seçkilərdə səs toplamayan azılığı küçələrə çəkib, onlara rəng verib və yardım  edib çevriliş etsinlər. Gəldilər burdada bunu etdilər və bacarmadılar. Bu rəngli inqilab idi, uğursuz rəngli çevriliş idi.”
 
Ayətullah Xamenei çıxışının davamında ABŞ prezidenti Obamanın ikinci məktubu haqqında danışıb və bildirib: “Amerika prezidenti o hadisələrdən öncə ikinci məktubunu göndərdi. Məktubda məni və İslam Respublikası sistemini dəstəkləyən sözlər çox  idi. İstəyirdim cavab verim. Sonra o hadisələr baş verdi. O, İslam və İnqilaba zidd hərəkət edərək küçələrə çıxanların xeyrinə açıq – aşkar çıxış etdi.  İran xalqı vaxtında hərəkətə keçdi və hadisələri ələ aldı. Amerikalılar nüvə danışıqlarından sonrakı dövrü İrana qarşı təzyiqlərin artırılması dövrü adlandırıblar. Xalq, gənclər, məsul şəxslər hamı ayıq olmalıdır və düşmənin qabağında ağılla, ümidlə, cəsarətlə və  Allaha sığınmaqla dayanmalıdır.”
 
Ayətullah Xamenei fevral ayında keçiriləcək parlament seçkilərində hamını aktiv iştirak etməyə çağırıb. “Hamı seçkilərdə aktiv iştirak etsin , ölkənin nüfuzunu qorumaq naminə müxaliflərdə iştirak etsinlər.  Seçkilər İslam Respublikasının güclənməsi və davamlılığına səbəb olur. Ölkənin tam təhlükəsiz qalması , nüfuzunun artması və İran xalqının güclənməsi naminə seçkilərdə iştirak lazımdır".
Ayətullah Xamenei namizədlər arasında dindar, mömin, İnqilaba və İmama (İmam Xumeyni (rə) ) sadiq olanlara səs verməyə çağırıb və bildirib ki, parlament çox önəmlidir. “Həm qanunların təsdiqi, həm hökumətlərin hərəkətinin təmini və həmdə beynəlxalq məsələlərlə bağlı parlamentin rolu önəmldir. Görürsüz hazırkı parlament beynəlxalq məsələlərdə necə yaxşı mövqe sərgiləyir. Düşmənin sözünü deyən deyil, xalqın istədiyi kimi müstəqil, qorxmaz və azad parlamentin formalaşması çox önəmlidir." / 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru