Ayətullah Xameneinin nüvə sazişi ilə bağlı prezident Ruhaniyə tövsiyyələri

Ali Lider Ayətullah Seyid Əli Xamenei prezident Həsən Ruhaninin məktubuna cavab verib və  hökumətə tövsiyyələr edib.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei Prezident Həsən Ruhanin məktubunun cavabını verib.
 Məktubda Ayətullah Xamenei nüvə müzakirələrinin başa çatması, zalimcasına sanksiyalar qarşısında İran xalqının müqavimətinin müsbət nəticələnməsi, İranın nüvə alimlərinin və müzakirələrdə rolu olan  bütün şəxslərin səyinin nəticəsində bəziləri İran xalqına açıq düşmən olan qarşı tərəfin (Qərb ölkələrinin) geri addım atmasını və zalımcasına sanksiyaların bir qisminin ləğvinə görə məmnunluğunu bildirib, prezident Həsən Ruhaniyə,  XİN başçısı və müzakirə aparan komanda üzvlərinə təşəkkür edib və bəzi tövsiyələr edib.
 Ayətullah Xameneinin məktubundakı tövsiyyələr bunlardır: 
1. Qarşı tərəfin öz öhdəliklərini tam formada yerinə yetirilməsinə nəzarət edilsin, son bir-iki gündə ABŞ siyasətçilərinin bəzi çıxışları onlara qarşı şübhələri artırır. 
2. Bütün hökumət rəsmilərinə xəbərdarlıq edilsin ki, ölkənin iqtisadi problemlərinin həlli müqavimət iqtisadiyyatı prinsipi əsasında bütün sahələrdə ağıllı və davamlı səylər nəticəsində əldə oluna bilər. Təkcə sanksiyaların ləğvi ölkənin iqtisadi inkişafı və əhalinin yaşayışının yaxşılaşdırılması  üçün kifayət etmir.
3. Təbliğat aparılarkən diqqət edilsin ki, bu müamilədə əldə olunanın qarşılığında ağır xərclər ödənilib. Bu həqiqəti görmək istəməyən bəzi yazılar və çıxışlarda çalışılır ki, Qərb ölkələlərinə məmnunluq duyğusu göstərilsin və ictimai rəy  aldadılsın , onlar  xalqa qarşı sədaqətli bir davranış sərgiləmirlər. 
4. Bu   uğur da zalım və hegemon cəbhənin qarşısında müqavimətin və dözümlülüyün nəticəsində əldə olunub. Bunu bizim hamımız İslam  Respublikasında baş verən bütün hadisə və proseslər üçün böyük dərs kimi görməliyik. 
5. Bir daha təkid edirəm ki,  hegemon ölkələrin xüsusi ilə ABŞ-ın  bu məsələdə və digər məsələlərdə hiylə və xəyanəti ilə bağlı ayıq-sayıq olmaq lazımdır. 
 
Allahdan sizə və ölkənin digər məsul şəxslərinə  müvəffəqiyyətlər diləyirəm. 
Seyyid Əli Xamenei  /
 
 

Google+ WhatsApp ok.ru