Ayətullah Xamenei 1000-dən çox dustağı əfv edib

Ali  Rəhbər  Ayətullah Seyyid Əli Xamenei Iranın milli bayramı, İslam İnqilabının Qələbəsi günü münasibəti ilə 1000-dən çox dustağı əfv edib.
 
Maide.az xəbər verir ki,  qeyd olunur ki, Ayətullah Xamenei İran Ali Məhkəməsinin sədri, ayətulla Sadiq Amoli Laricaninin müraciətinə əsasən əfv sənədini imzalayıb.
 
Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.  Beləliklə, ölkənin ümumi, inqilabi və hərbi məhkəmələri tərəfindən məhkum olunmuş 1059 dustaq əfv olunur. /

 

Google+ WhatsApp ok.ru