Ayətullah Xamenei: Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir - YENİLƏNİB - FOTO

Azərbaycan  prezidenti İlham Əliyev  bu gün Ali rəhbər  Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb. 
 
Maide.az xəbər verir ki, görüşdə İran prezidenti Həsən Ruhani də iştirak edib.
 
Ali  rəhbər  Ayətullah Xamenei  bu gün  Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı siyasi əlaqələrin və  çoxlu ortaqlıqların olduğunu xüsusi ilə iki xalqın dini və məzhəb ortaqlığının olduğunu bildirib.
 
Ayətullah Xamenei görüşdə bildirib ki, İslam Respublikası  Azərbaycan xalqını özünə  dost və qonşudan daha yaxın  qardaş hesab edir. “Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. Iki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və ticari dövriyyənin  artmasına  səbəb olmalıdır”
 
Ali rəhbər  İran və Azərbaycan xalqlarının məzhəb bağlarının olduğunu vurğulayıb və bildirib ki, Azərbaycan xalqının şiə və islami inancları dəyərli sərmayədir . “Hökumət  xalqın bu dini inancı və ayinlərinə hər nə qədər hörmət edərsə bir o qədər  bəzi hegemonların düşmənçiliyi qarşısında xalqın  hökumətə dəstəyini və onların düşmənçiliyi qarşısında müqavimətini görəcək.”
 
Təkfirçi qrupların  xalqlar arasında fitnələrinin qarşısını  islami fəaliyyətlərin gücləndirilməsi ilə almağın mümkinliyini vurğulayan Ayətullah Xamenei bildirib ki, Azərbaycan bölgəsi  dini baxımdan əsaslı köklərə dayanır. “Azərbaycan böyük İslam Alimlərinin vətənidir. Azərbaycan xalqı da oyaq xalqdır.  Hökumətin onlara dini fəaliyyətlərdə yardımı və alqışlaması onların   ürəklərini qazanmaq üçün çox təsirlidir.”
 
Ayətullah Xamenei  Azərbaycan prezidentinin  iki ölkə əleyhinə  olan əksər  təhlükələrin mənbəyinin eyni olduğuna dair sözlərinə toxunaraq bildirib ki, İslam maarifi və şiəçiliyi yaymaq təhlükələr və problemlər qarşısında Allahın yardımını və Əhli-Beytin (ə) diqqətini qazanmağa səbəb olacaq. “İslami maarifinin yayılması və dini ayinlər və rituallara hörmət etmək  təhlükələr qarşısında  ictimai rəyin formalaşmasına və  xalqın dəstəyinə səbəb olur.” /
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru