Ayətullah Xamenei: İslam Respublikasının konkret siyasəti Asiya ölkələri ilə əməkdaşlıq etməkdir -FOTO

Ali Rəhbər  Ayətullah Seyyid Əli Xamenei  bu gün Vyetnam prezidenti Çıonq  Tan  Sanqı qəbul edib. 
 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei  bildirib ki, əcnəbilərin təcavüzü qarşısında Vyetnam xalqının müqavimətli və qorxmazlığına xüsusi ilə “Huşi Mine” və "General Jayab"  kimi şəxsiyyətlərin mübarizəsinə görə  Vyetnam xalqı İran xalqının gözündə hörmətli və etibarlı xalqdır. Bu hörmət  və bağlılıq əməkdaşlığı  artırmaq üçün əlverişli şərait yaradır. 
 
Ayətullah Xamenei  bəzi güclərin digər ölkələrin daxili işinə müdaxilə etməyə çalışdığını vurğulayıb. "Bu müdaxilələr  bəzi vaxtlar  Vyetnam müharibəsi kimi müharibələr yaratmaq və bəzi vaxtlar da digər yollarla  baş tutur. Bu müdaxilələrlə mübarizə yolu  müstəqil ölkələrin bir-biri ilə  yaxınlaşması və əməkdaşlığındadır."
 
İran İslam Respublikasının konkret siyasəti Asiya ölkələri xüsusi ilə Vyetnamla əməkdaşlıq etməkdir deyən Ali Rəhbər bildirib ki, biz  sizin beynəlxalq ictimaiyyətlə əməkdaşlığınızdan xəbərimiz var və düşünürük hər nə qədər imkan və  potensial varsa bu  əməkdaşlığı artırmaq lazımdır. / 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru