Ayətullah Xamenei: Amerika və bəzi Qərb ölkələrinə güvən yoxdur-FOTO- YENİLƏNİB

Ali Rəhbər  Ayətullah Seyyid Əli  Xamenei bu gün günorta İranın nazirlər kabineti,  dövlət işçiləri, məhkəmə sistemi məsul şəxsləri, parlamenti idarə heyəti vəbəzi digər qurumların  məsul şəxsləri ilə yeni il və bayram münasibəti ilə görüşüb. 
 
Maide.az xəbər verir ki,  görüşdə Ayətullah  Xamenei  Amerika  qurumlarını əxlaqsızlıq simvolu kimi dəyərləndirib və deyib ki,  Amerika və bəzi  Qərb ölkələrinə  güvənmək olmaz. “Biz öz gücümüzə güvənib və arxalanmalıyıq. Amerika rəsmilərinin  tutduqları mövqe və sərgilədikləri  əməl  bu düşüncəni təsdiq edir.”
 
Ayətullah Xamenei bildirib ki, əgər  sədaqətlə meydana girəriksə  əmin olun ki, Allah  Taala  yardım  edəcək. “Fərdi və ictimai həyat yolu həmişə enişli-yoxuşlu, çətinliklər və asanlıqlarla dolu olur, amma   bütün bu şərtlər altında önəmli olan  əsas  yol və istiqamətin itirilməməsidir."

Ayətullah Xamenei ölkədə istehsalı dəstəkləmək  məsələsinə ciddi diqqət ayrılmasının  zəruriliyini vurğulayıb və deyib ki, həm sənaye və həmdə kənd təsərrüfatı sahəsində istehsala  xüsusi diqqət ayrılmalıdır.

Çıxışının davamında Ayətullah Xamenei  məsul şəxslər arasında  birliyin və  əməkdaşlığın zəruriliyinə toxunub və bildiribki, məsul şəxslərin bir-birləri ilə əməkdaşlığı olmadan işlər  qabağa getməz. “İran İslam  Respublikasında həmişə milli  birlik  üstünlüyü mövcud olub,amma milli birliklə yanaşı gərək məsul şəxslər arasında da birlik  olsun və bu birlik  o demək deyil ki, fikir ayrılıqları və iradlar olmasın.”

Ayətullah Xamenei   deyib ki, mən  xalqın mənafeyi uğrunda,onların problemlərinin həlli istiqamətində  hökumət, parlament və məhkəmə sistemi tərəfindən atılan hər bir addımı  dəstəkləyirəm. Burada önəmli olan budur ki, milli  mənafe  üçün  faydalı və lazımlı iş görülsün. “Müqavimət iqtisadiyyatı siyasətlərinin  icrasında  daxili potensiala və gücə  söykənmək lazımdır. “ /

 

 

Google+ WhatsApp ok.ru