Ayətullah Xamenei:Bəzi Avropa dövlətləri və şirkətləri İrana gəlib müzakirə aparsalar da nəticəsi hiss olunmur-FOTO

İtaliyanın baş naziri Matteo Rensi İrana səfəri çərçivəsində aprelin 12-də günün ikinci yarısında  Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin qəbulunda olub.
 
Maide.az xəbər verir ki, Ayətullah  Xamenei  görüşdə bildirib ki, Bəzi Avropa dövlətləri və şirkətləri İrana gəlib müzakirə aparsalar da nəticəsi hiss olunmur. “Bizim İtaliya və sizin dövlətlə həmkarlığa baxışımız fərqli və müsbətdir. Ümid edirik ki, bu səfər həmin baxışı gücləndirəcək.”
 
Ayətullah Xamenei  İtalyanın sanksiyalar dövründə  İrana qarşı davranışının bəzi Qərb ölkələrindən daha məntiqli olduğunu vurğulayıb və bildirib ki,İslam Respublikası müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində İtaliya ilə əlaqələrin inkişafını alqışlayır.
 
Ayətullah Xamenei bildirib ki,  xarici ölkələrin İrana gəliş-gedişi və  müzakirələrində ən önəmli məsələ  əldə olunan razılıqların  icrasıdır. “Bəzi Avropa dövlətləri və şirkətləri İrana gəlib müzakirə aparsalar da nəticəsi hiss olunmur. Bəziləri buna görə  Amerikanı günahlandırır. Hazırda nüvə razılaşmasındakı öhdəçiliklərə lazımi səviyyədə əməl edilmir. Onların bəyanatları ətrafdakıları qorxudur, İranla əlaqələr qurmağdan çəkindirir.”
 
Ali  Rəhbər bildirib  ki, bəzi Qərb ölkələri uzun müddət vəhşi terrorçu qrupları dəstəkləyirdi və bu gün artıq terror Avropaya gəlib çatıb. “Bizdə dəqiq məlumat var ki, Amerika İŞİD-ə, digər terror qruplaşmalarına yardım edir.”
 
İtaliyanın baş naziri Matteo Rensi terrorla mədəniyyət müstəvisində mübarizənin zəruriliyindən danışıb. Matteo Rensi deyib: Əqidəmiz budur ki, İrana qarşı sanksiyalar ləğv edilməlidir. Biz verdiyimiz sözə əməl edəcəyik. Biz göstərməliyik ki, dinlər bəşəriyyətin sülh, dialoq şəraitində dinc-yanaşı yaşaması ardıncadır. Sizin İslam dünyasının ali rəhbəri kimi bu baxışın yayılmasında rolunuz çox əhəiyyətlidir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru