Ayətullah Sistaninin İraq siyasətçilərinə xəbərdarlığı

Mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani Iraqdakı bütün siyasi qruplar və partiyalara  ölkədəki siyasi durumdan irəli gələ biləcək böhranlar haqqında xəbərdarlıq edib. 
 
Maide.Az xəbər verir ki,  Ayətullah Sistaninin  ofisi ötən axşam bəyanat yayaraq  elan edib ki,  Ayətullah Sistani  İraqda baş verən prosesləri diqqətlə izləyir və ölkənin bu duruma düşməsinə görə çox narahatdır. 
 
Bəyanatda bildirilir ki,  “Ölkə xalqı  üçün  izzət və sevinc  dolu yaşam şəraiti  yaratmaq üçün çalışmalı olan insanların öz əlləri ilə ölkənin bu duruma düşməsinə görə çox təssüf edirəm.”
 
Bəyanatda  Ayətullah Sistaninin  bəzi siyasətçilərlə  görüşü ilə bağlı yayılan xəbərlər təkzib olunub. 
Qeyd edək ki, İraqda son həftələr  siyasi böhran yaşanır. Ölkə parlamentində  hökumətin təqdim etdiyi nazirlər ilə bağlı siyasi ixtilaflara görə dəfələrlə  dava düşüb. 
 
Bundan başqa baş nazirin kabinet üzvlərini təqdim etməsini gecikdirməsinə görə ölkədə etiraz aksiyaları keçirilib. Etirazçılar Bağdadın yaşıl zonasına parlament binasına hücum etmişdir. Hökumət fövqəladə vəziyyət elan etmişdir. 
 

Google+ WhatsApp ok.ru