Ayətullah Xameneinin polis işçiləri və rəsmiləri ilə görüşü-FOTO

Polis qüvvələri yüksək sağlamlığa, diqqətə və məsuliyyət hissinə malik olmalıdır

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün səhər Polis işçiləri və komandirləri ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bildirib ki,  polis işçiləri düşüncə, rəftar və əxlaq sağlamlığına həmçinin ictimai və əxlaq təhlükəsizliyinin təmin edilməsi məsələlərinə tam və hərtərəfli nəzarət etməlidir.  
 
Ayətullah Xamenei  təhlükəsizlik məsələsini son dərəcə önəmli və birinci dərəcəli prioritet məsələ adlandırıb və bildirib ki, təhlükəsizliyin olmadığı bir şəraitdə insanların gündəlik yaşamı, elmi, iqtisadi və idarəçilik fəaliyyətləri qeyri-mümkün olar. 
 
Ali Rəhbər müqavimət iqtisadiyyatı sahəsində təşəbbüskarlıq və əməl həmçinin daxili iqtisadiyyatın öz təbii formasında inkişaf etməsi məsələlərinin də əsasında təhlükəsizlik məsələsinin dayandığını vurğulayıb. “Polis qüvvələrinin yüksək səviyyəli rəsmilərinin yüksək sağlamlığa, diqqətə və məsuliyyət hissinə malik olması həmçinin, daxili işlər nazirinin insafla desək, bir ata qayğıkeşliyinə malik olan davranışları məqsədlərə çatmaq üçün dəyərləndirilməli olan misilsiz fürsətlərdirlər.”
 
Ayətullah Xamenei polis qüvvələri ilə bağlı xalqın düşüncəsində son dərəcə münasib bir təsəvvürün formalaşmasını digər vacib məsələlərdən adlandırıb və bildirib ki,  “amansızlıqla yanaşı olan iqtidar və qətiyyətlilik", "daxili sağlamlıq", "vaxtında və sürətli iştirak", "mehribanlıq və insanlara yardım etmək" və "qanunçuluq" polis qüvvələri ilə bağlı müsbət təsəvvürün formalaşmasına kömək edəcək amillərdirlər.
 
Ayətullah Xamenei düşmənlərin ötən 37 ildəki bütün səylərinə rəğmən İranın əldə etdiyi uğurlarını "yaxşı" və "davamlı" adlandırıb və bildirib ki,  İslam Quruluşu xalqın dəstəyi ilə düşmənlərin dərsini veribdir və düşmənlərin ölkədə gərginlik, əxlaqsızlıq və ümidsizlik yaratmaq üzrə səylərinin səbəbi də elə onların İranın inkişafı ilə bağlı qəzəbindən qaynaqlanır.
 
Ali Rəhbər bütün rəsmiləri və xalqı ölkədəki birlik və həmrəyliyi qorumağa dəvət edib və deyib ki, təfriqə , ixtilaf və parçalanma düşmənin ardınca olduğu öldürücü zərbələrdir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru