Ayətullah Xamenei:İslam Respublikasının müqaviməti nəticəsində Amerikanın bölgədəki planları uğursuz olub - FOTO

Ali Rəhbər  Ayətullah  Seyyid Əli Xamenei  bu gün  İran parlamentinin sədri və nümayəndələri ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki,  görüşdə çıxış edən Ali Rəhbər  Ayətullah Xamenei bildirib ki,  düşmən  çalışır planlarına mane olan İslam Respublikasının  siyasətlərini təsirsiz etsin.  “ Düşmən Qərbi Asiya kimi  önəmli  olan bölgə üçün  müəyyən planlar cızıb. Bu bölgədə İslam və müsəlmanların çoxluq təşkil etməsi, zəngin neft ehtiyatları və strateji su yollarının mövcud olması eləcə də sionist rejimin mövcudluğu Qərbi Asiyanı düşmən üçün önəmli edib, onların bu region üçün planları öncədən dedikləri "yeni ortaşərq" və " böyük orta şərq" planından ibarətdir.”  
 
Ayətullah Xamenei  bildirib ki, İslam Respublikasının  müqaviməti nəticəsində Amerikanın bölgədə xüsusi ilə  Fələstin, Livan, Suriya və İraqda planları uğursuz olub. “ Bu hegemonçuluq siyasətlərinin qarşısında durmaq və onların  simasını  ifşa etmək lazımdır. Düşmən İslam Sistemi ilə  bağlı beynəlxalq, regional və ölkə daxili üçün planlar  hazırlayıb.  Beynəlxalq səviyyədə  ittihamları davam etdirir,  regionda öz planlarını  həyata keçirmək üçün maneəni aradan qaldırır və ölkə daxilində isə uymuş vulkanları aktivləşdirməkdədir.  Ona görə bütün  qüvvələr və məsul şəxslər  xüsusi ilə  parlament nümayəndələri  bu planların  qarşısında ayıq olmalıdırlar.”
 
Ayətullah Xamenei bildirib ki, parlament ölkəyə sakitlik bəxş edərək qanunvericilikdə inqilabçı olmalı, Amerikanın düşmən və qərəzli mövqelərinə reaksiya verməli və dünyanın hegemonçu güclərinin siyasətləri qarşısında müqavimət göstərməlidir.
 
Ayətullah Xamenei bildirib ki, İslami Şura Məclisinin deputatları müqavimət iqtisadiyyatının reallaşmasında son dərəcə təsirli rola malikdirlər ona görə ki, hökumətin iqtisadi təşəbbüslərini müqavimət iqtisadiyyatı istiqamətinə yönəldə bilər və bunu hökumətdən tələb edə bilərlər.
 
Ayətullah Xamenei ABŞ hökuməti və konqresinin İrana qarşı düşmənçi hərəkətlərinə toxunaraq bildirib ki, düşmənlərin həyasızlıqları qarşısında meydana gəlmək, möhkəm cavabla onların ağızlarını bağlamaq lazımdır ona görə ki, düşmən siyasi ərsədə öz təşəbbüslərini reaksiyalar əsasında planlaşdırır. “Qarşı tərəfin təsir altında olduğunu, geri oturmağa meyilli olduğunu hiss edərsə öz mövqeyində sərtləşir və tamahkarlıq edir.”
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru