Ayətullah Sistani Şeyx Qasimlə telefon danışığında: “Sizin yeriniz könüllərdədir”

Ayətullah Sistani Şeyx Qasimlə telefon danışığında: “Sizin yeriniz könüllərdədir”

Mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani  Bəhreyn şiələrinin  lideri Ayətullah Şeyx İsa Qasimlə telefon danışığı aparıb. 
Maide.Az  Livanın Əl-Mənar kanalına istinadən xəbər verir ki,  telefon danışığında Ayətullah  Sistani Şeyx Qasimin sağlamlıq durumu və ölkədəki proseslərin son vəziyyəti  haqqında məlumat alıb. “Sizin yeriniz könüllərdədir və baş verənlər sizə heç bir ziyan gətirməyəcək”. 
Telefon danışığında  Ayətullah Sistani  Şeyx İsa Qasimin Bəhreyn xalqının hüquqlarını dinc yollarla müdafiəsini təqdirə layiq addım kimi dəyərləndirib və Ayətullah Qasim və Bəhreyn möminləri haqqında dualar edib. 
 
 

Google+ WhatsApp ok.ru