Ayətullah Xamenei BMT-nin  Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin rüsvayçılığı və ayıbı adlandırıb

Ayətullah Xamenei BMT-nin Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin rüsvayçılığı və ayıbı adlandırıb

Ali Rəhbər Ayətullah Seyyid Əli  Xamenei  BMT-nin  Yəməndə törədilən cinayətlərə sükutunu bəşəriyyətin  rüsvayçılığı və ayıbı adlandırıb.
 
“BMT-nin bəzi ölkələrdən  pul almaqla Yəməndə uşaqların qətliamı və törədilən cinayətlərə göz yumması  bəşəriyyətin  ayıbıdır.  Bu rüsvayçılıq  həqiqi insan haqlarına  ziddir  və  gərəkdir ki, dünya səviyyəsində bu işin üzərində hüquqi ölçülər götürək”. 
 
Maide.Az xəbər verir ki,  Ayətullah  Xamenei  bu gün İranın Məhkəmə Sistemi sədri və işçiləri ilə görüşüb.
 
Ayətullah Xamenei görüşdə Beynəlxalq Qüds gününün yaxınlaşmasına toxunub və bildirib ki, Allahın  lütfü ilə  cümə günü  İranda və İslam dünyasında  bir daha  Fələstinin məzlum xalqının müdafiəsi naminə  birlikdə fəryadlar ucalacaq və müsəlman xalqlar məzlumdan müdafiə  kimi əhəmiyyətli vəzifələrini  yerinə yetirəcəklər.
 
Ali Rəhbər Ayətullah Xamenei Amerika məhkəmələrinin  əsassız və boş bəhanələrlə İran xalqının  əmlakına əl uzatması məsələsinə toxunub və bildirib ki,  sanksiyalar vasitəsi ilə İran xalqının hüquqularının pozulması həqiqəti  dünya səviyyəsində məhkəmələrə çıxarılmalıdır. 
 
İranda minlərlə terorr qurbanının  hüquqlarının  bərpası,  bu qurbanları qətl edənlərin gizli və aşkar  dəstəkləyən dövlətlərə qarşı məhkəmələrə müraciət, dünyada  məzlum müsəlmanların  hüquqlarının müdafiəsi  kimi məsələlər Ayətullah Xameneinin  İran Məhkəmə Sisteminə tövsiyyələri idi.
 
“Məhkəmə Sistemini  digər vəzifəsi  dünyada  İslami İnsan Haqlarını  diriltməkdir. Qərbin dediyi insan haqları  səhv əsaslarla  tənzimlənib və lazımdır ki, səmərəli və güclü əsaslara söykənən  İslami İnsan Haqları  dünya ictimaiyyətinə və beynəlxalq hüquq qurumlarına  izah və əməl edilsin.  BMT-nin bəzi ölkələrdən  pul almaqla Yəməndə uşaqların qətliamı və törədilən cinayətlərə göz yumması  bəşəriyyətin  ayıbıdır.  Bu rüsvayçılıq  həqiqi insan haqlarına  ziddir  və  gərəkdir ki, dünya səviyyəsində bu işin üzərində hüquqi ölçülər götürməliyik.”
 
 

Google+ WhatsApp ok.ru