Ayətullah Xamenei: `Həcc beynəlxalq zalımların qarşısında İslam ümmətinin əzəməti və izzətinin təzahürüdür`.

Ayətullah Xamenei: `Həcc beynəlxalq zalımların qarşısında İslam ümmətinin əzəməti və izzətinin təzahürüdür`.

Ali Rəhbər  Ayətullah Xamenei Böyük Həcc Konqresinə ünvanlanmış müraciətində İslam dünyasını həm müsəlman xalqlar, və həm də hökumətlərin Səudiyyə hakimlərini düzgün tanımağa və onların İslam dünyasında genişmiqyaslı törətdiyi cinayətlərə görə yaxasından yapışmağa çağırıb.  
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei ötən il Həcc mövsümündə baş verən Mina faciəsinə toxunaraq İslam ümməti və dövlətlərinə xitab edərək bildirib ki, İslam dünyası həm müsəlman xalqlar, və həm də hökumətlər Səudiyyə hakimlərini düzgün tanımalıdır və onların İslam dünyasında genişmiqyaslı törətdiyi cinayətlərə görə yaxasından yapışmalıdır və Həcc məsələsi və Şərif Hərəmlərin idarə edilməsi üçün əsaslı çarə düşünməlidirlər. 
 
Ayətullah Xamenei bildirib ki, o şəxslər ki, Həcci ziyarət və səyahət səfəri dərəcəsinə kimi aşağı salıblar, İranın mömin və inqilabçı xalqına qarşı öz düşmənçiklərini Həcci siyasiləşdirməklə gizlədirlər, kiçik şeytanlardır. “Böyük şeytanların (Amerikanın) istəklərinin təhlükə ilə üzləşməyindən qorxurlar. Səudiyyə hakimləri bu il  (صدّ عن سبیل‌اللّه و المسجد الحرام edərək) İranın mömin və qeyrətli hacılarının yolunu bağlayıb. Onlar üzüqara azğınlardır ki, zülmlə əldə etdikləri gücü qorumağın yolunu dünya hegemonlarını, sionizm və Amerika kimi müttəfiqlərinin istəklərini yerinə yetirməkdə görürlər. Bu yolda heç bir xəyanətdən əl çəkmirlər. Artıq Minada baş verən faciədən bir il keçir. Bir neçə min nəfər ehram libasında və bayram günü, susuz və günəşin istisində məzlumcasına can verdi. Ondan bir az öncə də Məscidül-Həramda ibadət edən və təvaf edən şəxslər qanlarına qəltan oldular. Səudiyyə hakimləri hər iki hadisədə günahkardırlar. Bunda bütün şahidlər, texniki müşahidəçilər və analitiklər eyni fikirdədirlər.  Bəzi söz sahibləri tərəfindən hadisələrin qəsdən törədildiyi ehtimalı da irəli sürülür. Allah kəlamını zikr edərək Qurban bayramı günündə baş verən faciədə yarıcan və yaralı şəxslərin xilas edilməsində səhlənkarlığın olduğu da əminliklə bildirilir. Səudiyyənin cinayətkar və qəlbləri çirkli olan rəsmiləri, canlarını itirənləri ağzıbağlı konteynerlərdə həbs etdilər. Onları müalicə etmək, onlara yardım etmək və onlara su çatdırmaq əvəzinə onları şəhid etdilər. Neçə min nəfər ailə müxtəlif ölkələrdən öz əzizlərini itirdi və xalqlar matəmə qərq oldu. İslam Respublikasında 500 nəfərə yaxın şəxs şəhid oldu. Ailələrin ürəkləri hələ də yaralıdır və xalq hələ də narahat və əsəbidir. Səudiyyə hakimləri bu qorxunc hadisədə təqsirli olanları cəzalandırmaq, üzr istəmək və peşimançılıq etmək əvəzinə, utanmaz və arsızcasına İslami Beynəlxalq Həqiqət Axtarış qurupunun yaradılmasının qarşısını da aldı.  İttiham olunanmaq əvəzinə iddia etdilər və İslam Respublikası ilə olan düşmənçiliyi xəbislik və daha çox başıboşluqla aşkar etdilər. Onların təbliğat maşınları həmin o siyasətçilər ki, Amerika və sionistlərin qarşısındakı hərəkətləri ilə İslam dünyası üçün utancdırlar, həm kitab və sünnətin əksi olaraq aşkarcasına fətva verən və haram yeyən müftiləri, həm yalan danışmağı özlərinə peşə vicdanından da üstün tutan mətbuatı çalışırlar ki, bu il iranlıların həccə getməməsində İslam Respublikasını günahkar göstərsinlər. Fitnəkar hakimlər təkfirçi qrupları yaratmaq və təşkilatlandırmaqla İslam dünyasını daxili müharibələrdə giriftar ediblər. Yəmən, İraq, Şam, Liviya və bəzi digər ölkələri qanlarına bələyiblər. O Allahdan xəbərsiz siyasətçilər, işğalçı sionist rejimə dostluq əli uzadıb və fələstinlilərin ürək sızladan müsibətləri və ağrılarına göz yumurlar. Onlardır ki, öz zülm və xəyanətlərini  Bəhreynin kənd və şəhərlərinə kimi uzadıblar. Dinsiz və vicdansız hakimlər o böyük Mina faciəsini yaradıblar və "Hərəmlərin Xadimi" adı ilə Allahın əmin olan hərəminin hörmətini pozublar. Allah evinin qonaqlarını bayram günündə Minada və ondan öncə Məscidül-Həramda qurban veriblər. İndi onlar həccin siyasi olmamasından dəm vururlar və başqalarını özlərinin törətdiyi böyük günahları törətməkdə ittiham edirlər. Onlar Quranın açıq bəyan etdiyi bu ayəsinin misdaqıdırlar. “Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsili məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir".  Və ona "Allahdan qorx!" deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir. ("Bəqərə" 205-206cı ayələr)”.
 
"Bu il də bəzi məlumatlara əsasən, iranlı və bir sıra digər millətlərin yolunu sədd etməklə yanaşı digər ölkələrin zəvvarlarını Amerika və sionist rejimin casusluq orqanlarının köməyi ilə qeyri-adi nəzarətdə saxlayaraq dinc Allah Evini hamıya təhlükəli ediblər.
 
İslam dünyası həm müsəlman xalqlar və həm də hökumətlər Səudiyyə hakimlərini düzgün tanımalıdır və onların İslam dünyasında geniş miqyaslı törətdiyi cinayətlərə görə yaxasından yapışmalıdır və Həcc məsələsi və Şərif Hərəmlərin idarəedilməsi üçün əsaslı çarə düşünməlidirlər. Bu məsələdə səhlənkarlıq İslam Ümmətinin gələcəyini daha böyük problemlərlə üzləşdirəcək”.

 

Google+ WhatsApp ok.ru