Ayətullah Xamenei internetdən istifadə edə bilməyən din xadimləri haqda

Ayətullah Xamenei internetdən istifadə edə bilməyən din xadimləri haqda

Ali Rəhbər Ayətullah Xamenei çərşənbə günü səhər elmi mərkəzlərin yeni tədris ilində “Fiqhin xaric dərsi” fənnindən ilk mühazirəsi zamanı qeyd etdi ki, düşmən xalqın və gənclərin düşüncə və qəlblərini dinin əsl mahiyyətindən uzaqlaşdırmaq üçün böyük planlar işləyib hazırlayıb.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, ruhanilərin birinci və ən mühüm vəzifəsi sekulyarizmə, həya və iffətə zidd proqramların yayılmasına qarşı mübarizədir: “Elmi mərkəzlər və ruhanilər virtual aləmi öyrənmək və onun imkanlarından istifadə etməklə İslam maarifini və konsepsiyalarını yaymalıdırlar.
 
 Ayətullah Xamenei dini məsələlərin təbliği və çatdırılması zamanı vəzifə və şəraitin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyət daşıdığını dedi: “Əgər vəzifə doğru-düzgün müəyyən edilməsə, elm, təqva, hətta cəsarət də gözlənilən nəicəni verməyəcək”.
 
Ali Rəhbər “bəsirət”in cəmiyyətin ehtiyac və reallıqlarının müəyyən edilməsi mənasını ifadə etdiyini dedi: “Bəsirətin mənası müasir gəncin ehtiyaclarını, onun hazır və hər şeyə həvəs göstərən qəlbinin səhifəsində nəyin özünə yer etdiyini və ya etməli olduğunu bilməkdir”.
 
O, xalqın iman və etiqadlarına qarşı külli miqdarda xərclər çəkilib proqramlar işlənib hazırlandığına işarə edərək dedi: “Düşmən şübhə istehsal edib yaymaqla, habelə iffət və həyaya zidd olan davranışlar istehsal etməklə mömin və sağlam gəncləri dinin əsl mahiyyətindən sapdırmağa, iffətsizliyi yaymağa çalışır. Bu gün bunlar virtual məkanda həyata keçirilir”.
 
 Ayətullah Xamenei bu planla mübarizənin ruhanilərin birinci dərəcəli mühüm vəzifəsi olduğunu dedi: “Elmi mərkəzlər və və məzhəb biliciləri özlərində düşmənin böyük ordusuna qarşı mübarizə aparmaq potensialı yaratmalıdırlar”.
 
O, bəzi din təbliğatçılarının yeni kompüter vasitələrindən xəbərsiz olmasından, habelə bəzi məsul şəxslərin virtual aləmin əhəmiyyətini dərk etməməsindən təssüfləndiyini dedi: “Virtual aləmin faydalı cəhətləri olduğu kimi, saysız-hesabsız zərərləri də var. Onun imkanlarından istifadə edərkən İslam konsepsiyalarını geniş miqyasda yaymaq lazımdır. Bu səbəbdən də əsas məqsədi fikir, qərar və fəaliyyətləri mərkəzləşdirmək olan Kiberməkan Ali Şurası yaradılmalıdır”
 
 Ayətullah Xamenei şübhələrin öyrənilməsi və onların cavablandırılmasının elmi mərkəzlərin mühüm işlərindən olduğunu dedi: “Bu iş fəqihliklə heç bir ziddiyyət təşkil etmir. Çünki fiqh əməli hökmlərlə məhdudlaşmır. Əslində, “Əllahu Əkbər fiqhi” elə İslam maarifinin özüdür. Dini şübhələrə cavab vermək üçün dəqiq və geniş fiqhi araşdırmalarda olduğu kimi, səy və fəaliyyət göstərmək lazımdır”.

 

Google+ WhatsApp ok.ru